Çinin Shanghai Composite fond indeksi 8,5% çöküb. Həcminə görə bu 1990-cı ildə bəri ikinci, 2007-c ildən isə rekod səviyyədə düşmədir. Bu barədə Financial Times nəşri yazıb. Qəzet qeyd edir ki, hökumətin fond bazarının stabilləşməsi istiqamətində cəhdləri uğursuzluğa duçar olandan sonra səhmlərin satışındakı fəallıq fond bazarının çökməsinə səbəb olub.
Kəskin düşmə ölkənin digər fond indekslərində də baş verib. Shenzhen Composite ond birjasında 7%, ChiNext-da 7,4% düşmə baş verib.
China Life Insurance sığorta şirkətinin, Çinin ən iri banklarından olan Bank of Communications-nın və iri kömürçıxarma şirkəti olan China Shenhua Energy-nin səhmləri 10% ucuzlaşıb. Çinin nəhəng neft korporasiyası PetroChina 9,6%, iri kommersiya bankı olan Industrial and Commercial Bank of China 5,3% dəyərdən düşüb.
Fizzə


