Baskey onu da bildirib ki, gərginliyin azalması və barış üçün tərəflər çözüm mərhələsinə sadiq qalmalıdır: «Zorakılıq təhlükəsizlik və inkişaf baxımından Türkiyə vətəndaşlarının xeyrinə deyil».
***
ABŞ Dövlət Departamenti də Türkiyənin PKK-ya qarşı əməliyyatlarına dəstək gəlib. Departmanetin müşavir köməkçisi Brett Mak Qark PKK-nın hücumlarına qarşı Türkiyənin özünümüdafiə haqına hörmət etdiklərini bildirib. Mak Qark PKK-nın Türkiyəyə qarşı terror hücumlarını şiddətlə qınadıqlarını deyib. Həmçinin bildirib ki, PKK-ya qarşı məlum əməliyyatlarla ABŞ-la Türkiyənin İŞİD-ə qarşı birgə əməliyyatları arasında heç bir əlaqə yoxdur. Və bununla bağlı son günlər çıxan xəbərlər həqiqiqəti əks etdirmir: «İŞİD-ə qarşı bütün tərəfdaşlarımız, həmçinin Türkiyə ilə əməkdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik».
Gültəkin