NASA Yerin əkizini tapıb

Amerikalı alimlər «Kepler» teleskopu vasitəsilə Günəşə bənzər ulduzun ətrafına fırlanan Yerə oxşar planet aşkarlayıb. Alimlər planetdə həyatın mümkün olduğunu ehtimal edir. Bu barədə NASA-nın yaydığı məlumatda deyilir. 
Alimlər qeyd edir ki, planet «həyat zonası»nda yerləşir. Yəni orda canlı orqanizmlərin yaşaması üçün uyğun temperatur və digər şərait var.
Kepler-452b adı veilən planet Yerdən 60% böyükdür. Çəkisi və tərkibi isə hələ məlum deyil. Bu planetdə il 385 gün davam edir. Orbiti isə Yerdə 5% uzundur. 
azadlıq.info