“Azadlıq”dan oxuculara xəbərdarlıq!

Dəyərli dostlar, facebook istifadəçilərinə Azadlıq qəzetinə məxsus profil adından şübhəli mesajların göndərildiyi haqda xəbərlər alırıq. Bununla əlaqədar bəyan edirik ki, Azadlıq qəzetinin facebook-də profili bir neçə ay bundan qabağa qədər olub və oğurlanıb. Hazırda Azadlıq qəzetinin facebook-da profili yoxdur, yalnız səhifəsi var. Qəzetin oğurlanmış profilindəki hər hansı fəaliyyətin bizə aidiyyatı yoxdur. Bu profildən sizə göndərilən və ya göndərilə biləcək mesajlar sizin hesabınızı ələ keçirmək məqsədi daşıya bilər və həmin mesajları açmamağınız məsləhətdir. Sizi həmçinin, bu profili şikayət etməyə çağırırıq. Oğurlanmış profil budur:
https://www.facebook.com/azadliq.newspaper/about