Iş adamı və siyasətçi Mixail Xodorkovski “Sobesednik” saytına verdiyi müsahibəsində Rusiya prezidenti Putinin gələcəyi ilə bağlı proqnozlar verib. Xodorkovski Kreml administrasiyasının rəhbəri Sergey İvanovun və təhlükəsizlik şurasının katibi Nikolay Patruşevin varis kimi hazırlandığını deyir.
Onun sözlərinə görə, Putin müharibədən çəkinmir:
“Böyük müharibənin başlaya biləcəyi üç nöqtə var: Ukrayna, Baltikyanı ölkələr və Yaxın Şərq.
Putin 15-16 illik dövrlə yaşayır və Putinin dövrü bu il başa çatır.
Navalnının arxasında heç kim dayanmır, ancaq Putini bu maraqlandırmır. Navalnı ilə Bastrıkin və Volodin məşğuldur.
Putini yalnız 100 mln dollar və daha çox pulu olan maraqlandırır.
Nemtsovun öldürülməsi Putinin xoşuna gəlməyib. Onun qətli üçün formal səbəb prezident barədə təhqiramiz ifadələr işlətməsi ola bilərdi.
Qarşıdakı Duma seçkilərindən narazı qalanlara atəş aça bilərlər.
Ən mümkün ssenari – Putinin 2018-ci ilə seçkilərində qələbəsi və bir il sonra getməsidir”.
azadlıq.info


