Mühacirlər Qənimət Zahidin müdafiəsinə qalxdı

Qənimət Zahidin qohumlarına qarşı repressiyalar Avropadakı siyasi mühacirləri bir araya gətirdi. Mühacirlər bu hadisədən dərhal sonra xüsusi bəyanatla çıxış ediblər. Bəyanatda deyilir:
 
Biz bu sənədi imzalayanlar repressiv və avtoritar Əliyev hakimiyyətinin ucbatından dünyanın müxtəlif ölkələrində məskunlaşmaq məcburiyyətində qalanlarıq. Biz Azərbaycanın azad və demokratik olması üçün sivil qaydalara və eləcə də beynəlxalq hüquqa əsasən bacardığımız mübarizəni aparırıq, fundamental dəyərlərə qarşı hakimiyyətin yürütdüyü siyasətlə barışmırıq, ona tənqidi yanaşırıq. Bu bizim başlıca amalımızdı, bu mövqemizə görə vicdanımızdan başqa heç bir instansiya qarşısında öhdəçiliyimiz yoxdu.
 
Çox təəssüflə bəyan edirik ki, Azərbaycan hakimiyyəti öz tənqidçiləri, azad və fərqli fikrli vətəndaşları ilə normal mükalimə davranışlarını mənimsəyə bilməyib və buna görə də uzun illərdir, bizim ölkədə repressiv mühüt hökm sürür. Əliyev hakimiyyəti heç bir norma gözləmədən xoşuna gəlməyənləri şərləyir, həbs edir, onları işgəncələrə məruz qoyur. Son vaxtlar isə rejimin fəaliyyətində daha bir qaba davranış təzahür eləməkdədir, bizi də oxuduğunuz sənədi hazırlamağa vadar edən bu qabalıqdı.
Belə ki, Azərbaycan hökuməti həbs etməyə macal tapmadığı ölkədən kənarda yaşayan müxaliflərinin siyasətə aidiyyatı belə olmayan qohumlarını, yaxınlarını öz repressiyasına hədəf seçib. Son vaxtlar, ayrı-ayrı mühacir fəalları susdurmaq üçün onların Azərbaycanda yaşayan qohumları polis və digər hüquq-mühafizə orqanlarının təzyiqinə, eləcə də hökumət mediasının “qara PR”-na məruz qalır. Biz bu kimi hüquq və əxlaqdan kənar davranışları qətiyyətlə pisləyir və nə qədər gec deyil, hakimiyyətə belə davranışdan əl götürməyə çağırış edirik. Xatırlatma edirik ki, belə hərəkətləri azərbaycanlılar tarixən heç öz fərdi düşmənlərinə də rəva görməyib. Mərd-mərdanə mübarizə, davranış hesab edirik ki, heç kimə, o sıradan bu gün hakimiyyətdə təmsil olunanlara da aşağılıq gətirməz. Biz nə qədər gec deyil, bu sarsaq siyasəti dayandırmağı tələb edirik, əks halda bu xoşagəlməz davranışın inkişafı çirkin siyasi texnologiyalardan istifadə edənlərin özünə başağrısı verəcək. Siyasi rəqiblərinin, tənqidçilərinin yaxın qohumlarını əlindəki repressiya alətlərindən istifadə edərək zülm verən məmurlar, siyasətçilər başa düşməldir, bu hərəkətə təkcə qeyri-etik deyil, eləcə də cinayətdir və bu gec-tez qurulacaq demokratik Azərbaycan məhkəmələrində onlara baha başa gələ bilər. Eyni zamanda iqtidar unutmamalıdır ki, onların da azad Avropada və ABŞ-da doğmaları var və bizim sırf demokratik üsul və metodlarla həmin şəxslərlə hesablaşacağıq. Biz həmin insanların yaşadıqları, işlədikləri, təhsil aldıqları yerlərdə aksiyalar keçirib onların valideynlərinin, yaxınlarının Azərbaycanda hansı yaramaz və kriminal fəaliyyəti ilə Avropa ictimaiyyətini tanış edəcəyik. Eyni zamanda Avropadakı səfirliklər, konsulluqlar, xaricə səfər edən məmurlar Azərbaycan hakimiyyətinin “girov götürmə siyasətinə” görə cavab verməli olacaqlar.
 
Sadəcə biz hələ də siyasətin iştirakçısı olmayan insanları ağır siyasi konfliktlərin subyektinə çevirməməkdə israrlıyıq. Amma bu israrın ömürü indiki halda Əliyev hakimiyyətinin tutacağı yoldan asılıdır. Biz eyni zamanda beynəlxalq təşkilatlardan, diplomatik korpusdan rica edirik ki, Azərbaycan hökumətinin bu ərköyün hərəkətləri ilə bağlı qətiyyətli mövqe tutsunlar. Azərbaycan Respublikası hələ ki, Yer Planetində yerləşir, onun İnsan Hüquq və Azadlıqları ilə üzərinə götürdüyü öhdəlikləri var, onun öz vətəndaşlarının ləyaqətli həyat sürməsinə təminatçı olmaq kimi vəzifəsi var və bütün bunlar ölkəni idarə edənlərin diqqətinə aydın və prinsipial formada çatdırılmalıdır!».
Bəyanatın müəllifləri bildirirlər ki, sənəd imzalamaq üçün açıqdır və indi o, müxtəlif dillərə tərcümə edilir.
 
1. Əhməd Nurullayev-Rusiya
2. Dəyanət Mirqubadzadə-Rusiya
3. Teymur Hüseynov – Rusiya
4. Said Nuri- ABŞ
5. Məlahət Nəsibova-Norveç
6. Orxan Cəfərov-ABŞ
7. Cəlil Salamlı- Lüksenburg
8. Lətif Nəbiyev-Kanada
9. Xəyyam Qəhrəmanlı-İsveçrə
10. Ayəndə Mürsəliyeva-Fransa
11. Elvin Əsgərov-Fransa
12. Əhməd Cəlaloğlu- Almaniya
13. Çağlar Qasımov-Almaniya
15. Fərrux Məmmədov -Almaniya
16. Nigar Əhmədbəyova-Bolqarstan
17. Emin Əhmədbəyov- Bolqarstan
18. Ataxan Əbilov (Niderland Krallığı)
19. Məryəm Məmmədova (Niderland Krallığı)
20. Fikrət Hüseynli (Niderland Krallığı)
21. Turan Əliyev (Niderland Krallığı)
22. Rəşad Sadıqov- Niderland
23. Sevinc Mehdibəyli- ABŞ
24. Elnur Sadıqov- Isveçrə
25. isa Sadıqov- Norveç
26. İdrak Abbasov-Norveç
27. Kəmalə Bənənyarlı-Almaniya
28. Yaşar Cəfərli- Ukrayna
29. Tural Sadıqlı- Almaniya
30. Rəsul Mürsəlov- Niderland
31. Əfqan Muxtarlı- Gürcüstan
32. Daşqın Ağalarlı- Gürcüstan
33. Elşad Məmmədov İsveç
34. Natiq Ədilov- Fransa
35. Əbdül Əskərov Fransa
36. Cəsur Sümərinli, Almaniya
37. Qənimət Zahid- Fransa
38. Coşqun Salahzadə İsveç
39. İnqlab Kərimov- Fransa
40. Fərhad Mirzəyev-Fransa
41. Leyla Mirzəyeva- Fransa
42. Vüqar Niftiyev Almanya
43. Yeganə Abbasova -Norveç
44. Vüqar Rəşidov-Latviya
45. Əli Hacılı-Norveç
46. Gülnur Kazımova- Gürcüstan
47. Həsən Qafarov- Belçika
48. Yeganə Əmiraslanova-Almaniya
49. Maarif Ağammədov-Almaniya
50. Emil Cəfərli- İsveç
51. Azər Sadıqov- İsveç
52. Könül Sərdarlı-Almaniya
53. Ilqar Nəsibov- Norveç
54. Həsən Ağazadə- Almaniya
55. Azər Xəlilov- Almaniya
56. Nurlan Əliyev- Almaniya
57. Elməddin Xurşidov- Avstriya
58. Niyaməddin İmranlı- İsveçrə
59. Rövşən Azayev- Almaniya
60. Elşad Abbasov-Almaniya
61. Seyran Rəfiyev- Niderland
62. Rəşad Qasımov- İsveç
63. Mövsüm Hacıyev- Almaniya
64. Ülviyyə Bağırova- Almaniya
65. Tapdıq Məmmədov- Almaniya
66. Əkbər Xəlilov- Almaniya
67. Elşən Cəbizadə Almaniya
68. Samir Qurbanov- Avstriya
69. Arif Məmmədov- Belçika
70. Vüsal Aslanov- Almaniya
71. Elnarə İsmayılov- Avstriya
72. Ceyhun İsmayılov- Avstriya
73. Cavan Nərimanlı- Almaniya
74. Yaqub Hüseynov- Avstriya
75. Umud Fərəcov- Fransa
76. Mehdi İlxaszadə- İngiltərə
77. Tərlan Vəlibəyli-İngiltərə
78. Zaur Allahverdiyev- Avstriya
79. Qamət Qəhrəmanov- Almaniya
80. Tural Həsənzadə- Almaniya
81. Bəhmən Babazadə- Almaniya
82. Həbib Müntəzir- Almaniya
83. Faiq Xatınbəyli Avstriya
84. Ramil Məmmədov Avstriya
85. Elşən Ağayev- Almaniya
86. Güllü Cahangirova- Danimarka
87. Surxan Lətifov – İsveçrə
88. Zərbəli Cavadlı – İsveç
89. Nizami Abdullayev – Belçika