ABŞ Putinin pullarını axtarır

Putinin ən yaxşı müttəfiqləri onun köhnə və varlı dostlarıdır. Ukrayna yenidən birləşənə qədər, Rusiya Boing-lə bağlı araşdırmada tam əməkdaşlığa razılaşana qədər onları qlobal iqtisadiyyatdan kənarda saxlamaq lazımdır. Bu barədə The Times nəşri yazır. 
Nəşrin yazdığına görə, Putin Ukraynada Minsk razılaşmasına əsasən sülhün bərqərar olması ilə bağlı tələbləri yerinə yetirməsə, ABŞ Rusiyanı Qərb kreditlərindən məhrum edə bilər. Rusiya şirkətləri üçün kreditləşmə şərtləri daha da ağırlaşdırıla bilər. Bundan əlavə, ABŞ Putinin və yaxın ətrafının 1990-cı illərdə Sankt-Peterburqd necə pul qazandığını araşdırmaq qərarına gəlib. 
Vaşinqtonda Putinin ətrafında olan oliqarxlar barədə bir sıra cərimə tədbirləri barədə düşünürlər. 
Qəzet həmçinin yazır ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq ABŞ Putinin və yaxın ətrafının Peterburqda əməliyyatlardan və müqavilələrdən necə pul qazanmasına dair geniş sübut bazasının yaradılması üzərində işləyir. Belə məlumatların axtarışı ilə xüsusi xilmət orqanlarının maliyyə işlərində təcrübəsi olan əməkdaşları məşğuldur. 
Fizzə