ŞƏT-mi, ATƏT-mi, biznesmen kimi, yoxsa prezident kimi?

Ilham Əliyevin xarici siyasət balansı niyə bu qədər pozuldu?

Qənimət Zahid

Ilham Əliyevin Nazirlər Kabinetini toplayıb orada Qərbi topa tutması nə birinci dəfədir, nə də gözlənilməzdir. Bu cür aqressiv çağırışlar həmişə olur. Ilk dəfə nə zaman baş verdiyini xatırlaya biıməzsiniz, bəlkə də.

“Heraklın 12 qəhrəmanlığı”

Amma hər dəfə Ilham Əliyevin öz hökumətinin iclas salonundan ictimaiyyətə ünvanladığı çağırışlar antiQərb ritorikalı olur. Əvvəllər bu həm də “Amerikaya meydan oxuyacaq qədər güclü prezident” obrazının yaradılmasına xidmət edirdi. Indi isə daha praqmatik baxışlar var.

“Baxışın qanlar alır…” 30 faiz…

Bu “praqmatizm”in ən qabarıq anı Azərbaycanın “Qoşulmayanlar Hərəkatı”na qoşulması zamanı olmuşdu. O zamana qədər ictimai rəy belə bir blokun da varlığını təsəvvür etməyə hazır deyildi. Amma bunu tapıb ortalığa çıxartdılar və oraya üzv yazıldılar. Indi Ermənistanla eyni hüquq və statusu bölüşərək ŞƏT – Şanxay Əməkdaşlıq Təşkilatı adlı iqtisadi (və daha hansısa məqsədləri olan) bloka qoşulmaq üçün addımlar atır.
Bu blokun avanqardı Rusiya və Çin sayılır.
Ilham Əliyev üçün ən ekzotik mənzərə bu cür ölkələrin fonunda görükür. Belə görünür ki, bu ölkələrin idarəetmə, insan haqları, söz azadlığı, sosial rifah kimi qayğıları yoxdur və onlar elan edilməyən antiAmerikan, elan edilən iqtisadi birlik yaratmaqla ayaq üstə dayanmağa çalışırlar. Bir müddət əvvələ qədər ŞƏT daxilində olan Çin dünyanın iqtisadi baxımdan ən dayanıqlı ölkələrindən biri sayılırdı, amma Ilham Əliyev o tərəfə boylanandan sonra Çin valyutası da bircə günün içində 30 faiz çökərək “Çin möcüzəsi” mifini darmadağın etdi. Rusiyanın iqtisadiyyatı barədə danışmağa dəyməz. Ruslar beynəlxalq sanksiyalar nəticəsində uzun müddət davam edəcək travmalar almaqdadırlar və bu prosesin nə zaman geri qayıdacağı hələ bəlli deyil. Sanksiyalar davam edir, edəcək və Rusiya ŞƏT kimi cəlbedici proyektlərdən nəsə qazanmağa deyil, sadəcə olaraq, öz başını girələməyə çalışır: “böyük qüdrət sahibi olan dövlət bekar və tənha qala bilməz”, axı.

“Pis uşaqlara qoşulmaq”

Bəs, Ilham Əliyev ŞƏT-də nə axtarır? Sual maraqlı olsa da, mürəkkəb deyil. Ilham Əliyevi böyük siyasət maraqlandırmır. Uzun illər ərzində Avropaya inteqrasiya adı ilə bu siyasi coğrafiya boyu xərclənən 100 milyonlarla dollar reklam paraları batdı. “Biz yaxşı oğlanlarıq” məqsədilə xərclənən pullarla heç nə əldə etmək mümkün olmadı. Ilk dəfə, bu pulların işə yaramadığını hiss edəndə Qoşulmayanlar Hərəkatına qoşularaq Qərbi şantaj etmək üçün praktik addım atdı. Yəni “gedib pis uşaqlara qoşula bilərəm” dedi. Bu şantaj davamlı olaraq Rusiyanın da adı ilə edilirdi. “Rusiya və Iran bizi əzir” məsələnin yarısı idi. O biri yarısı o idi ki, hər zaman Qərblə inteqrasiyanı dayandırıb Rusiya tərəfə keçə bilərik. Hərçənd, ortalıqda heç bir inteqrasiya da yox idi və Ilham Əliyev də hər zaman Rusiyaya daha yaxın olub.
Orada it yiyəsini tanıyırmı?
ŞƏT blokuna daxil olan ölkələrin heç birində siyasi açıqlıq yoxdur. Bu ölkələrin, demək olar, hamısında korrupsiya ya dövlət siyasəti səviyyəsindədir, ya da dövlət siyasətinə təsir edəcək səviyyədədir. ŞƏT məkanı narkotik və digər qanunsuz mal və xidmət dövriyyələrinin meydanıdır. Bir sözlə, Şanxay Əməkdaşlıq Təşkilatı qara iqtisadiyyat üçün ən əlverişli meydandır. Ilham Əliyevi bu bloka doğru aparan səbəblərin başında bu amil dayanmış olsun gərək. Üstəlik, Qərblə baş tutmayan inteqrasiya prosesini “balanslaşdırmaq” və meydanda tək görünmək qorxusundan gizlənəcək başqa bir yer də yoxdur.

“Bir kilovatlıq canı var, amma…”

Axı hara gedəsən?

Islam dünyası qan saçır. Orada baş kəsmək, qan tökmək ad qazanmağın tək yoluna çevirilib. Çox qarışıq yerdir. Yeri gəlmişkən, Şanxay Təşkilatının tədqiqatçıları bu bloka daxil ölkələrin toplam resurslarını qabartmağı xoşlayırlar ki, dünya iqtisadiyyatının dörddə biri, neft ehtiyatlarının 35 faizindən çoxu, qaz ehtiyatının 50 faizindən çoxu… bu blokdadır. Bunun isə elə bir faydası yoxdur. Enerjinin hər kilovatının iqtisadi səmərəsini hesablasan, Rusiya dünyada ən axırıncı yerlərdən birini tutar. Neft-qaz ehtiyatlarının bolluğu hələ heç nə demək deyil. Azərbaycan da bu ehtiyatlarla zəngindir. Amma Ilham Əliyev “bizdə acından ölənlərin” olmadığını sevinclə müjdələyir. Acından ölmürlər, amma aclıq qorxusundan intihar edirlər.

Ilham Əliyev Sərkisyandan uzundur

Bu blok daxilində real və potensial ziddiyətlər də onu, ən azından, Azərbaycan üçün maraqlı edəcək faktor deyil. Üstəlik, axı Azərbaycan bu Şanxay Əməkdaşlıq Təşkilatı daxilində hansı “balans siyasəti” yürüdə bilər ki? Sizə elə gəlmirmi ki, ŞƏT Ilham Əliyev üçün Molla Nəsrəddinin inəyinin quyruğu kimi bir bəhanə deməkdir. Adam bütün kartları yandırıb indi Rusiyaya sığınmaq istəyir, amma bunu birbaşa etməyə cəsarəti çatmır. Həm də, təkcə, cəsarət məsələsi deyil. Qərblə bütün münasibətləri korlanmış Ilham Əliyev Putin üçün qonşu ölkənin prezidenti deyil, hazır yemdir. Həm də, dəyər-dəyməzinə. ABŞ və Avropa ilə müttəfiq kimi görünməyən Ilham Əliyev Putin üçün Sərkisyanın boyca uzun tipidir, vəssalam.
Amma Putin və Əliyev arasındakı münasibətləri bir kənara tullayın. Bunlar haradasa, şəxsi çalarlarla da zəngin ola bilər. Söhbət, indiki halda Ilham Əliyevin deyil, Azərbaycanın taleyindən gedir.

Azərbaycan Konstitusiyasını harada gizlədiblər?

ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) formulasını seçməklə, Ilham Əliyev faktiki olaraq, Azərbaycan Konstitusiyasında elan edilən prinsipləri pozmuş olur. Bizim əsas qanunun məntiqi insan haqları, söz azadlığı və digər haqq və hüquqların ağırlığını iddia etməklə xarici siyasət prioritetlərini də özü-özlüyündə müəyyən edir. Birdən-birə, bu prioritetlər rədd edilir və Azərbaycan Rusiya, Çin, Özbəkistan, Tacikistan kimi rekordsmenlərlə bir yerdə peyda olur. Bunun açıqlaması olmalıdır.
Ikincisi, xarici siyasətdə Rusiya oriyentasiyasını seçən Ilham Əliyev bunu kiminlə məsləhət etdi? Biz, ölkə olaraq Rusiyadan məsafə saxlamaqda tam haqlıyıq. 20 Yanvar şəhidlərinin abidəsi hələ də protokol yerlərindən biridir. Rusiyanın 2 əsrə yaxın Azərbaycanı əsarətdə saxlaması ölkənin genefonduna nələrin bahasına başa gəlib, onu da bilirik. Təkcə 30-cu illərdə millətin mütərəqqi dəyərlərə istinad edən bütöv bir ziyalı təbəqəsi məhz, Rusiyanın eksperimental siyasətinin qurbanı olub. Rusiya bu eksperimentlərdən hələ də əl çəkməyib: həm öz daxilində, həm də qonşularına müdaxilə (təcavüz) etmək imkanı olanda.
Azərbaycanın Qərblə inteqrasiyadan imtina etməsi və Şanxay Əməkdaşlıq Təşkilatı kimi strukturlara meyl etməsi hətta diktatorun da seçimi ilə baş verməməlidir. Bu məsələ hüquqi çərçivədə olmalıdır. Ölkədə referendum keçirilməli, Avropaya inteqrasiyadan imtina etmək və ya etməmək cəmiyyətə soruşulmalıdır. Aydındır ki, bütün seçki və referendumlar saxtalaşdırılır. Amma nə dəxli var ki. Problem təkcə müttəfiqlərin dəyişdirilməsi deyil, millətin perspektivlərinə aiddirsə, Ilham Əliyev hansı haqla təkbaşına qərar verə bilər ki? O bu qərarı təkbaşına deyil, hətta Artur Rəsizadə ilə də məsləhətləşdikdən sonra verirsə, yenə də qanunsuz qərardır.
Zəruri əlavə: Çaşıb, ŞƏT-ə qoşulmağı da “böyük siyasət”-filan adlandırmaq fikrinə düşməyin. Orası uğursuzluq zolağıdır və uğursuz siyasi sistemlərin klubudur.

Onun biznesini haraya daşımalı?

Təkrar etmək istəyirəm: əgər Ilham Əliyev şəxsi biznesini özünün təsəvvür etdiyi daha təhlükəsiz bazarlara daşımaq istəyirsə, bu onun seçimidir. Hərçənd, onun da hesabı sorulmalıdır ki, ümumiyyətlə, bu biznes nə qədər qanuni, nə qədər qanunsuzdur. Deyək ki, o, bu sualların olmadığı bir məkana inteqrasiya etmək istəyir. Amma Şanxay Əməkdaşlıq Təşkilatına Ilham Əliyev azərbaycanlı iş adamı kimi deyil, Azərbaycan prezidenti səlahiyyətləri ilə qoşulursa, bu detallar hökmən nəzərə alınmalıdır.