Ukraynalılar Sakvarelidzenin baş prokuror olmasını istəyir

Ukraynada sosial şəbəkələrdə baş prokuror Viktor Şokinin istefası və bu vəzifəyə onun müavini David Sakvarelidzenin bu vəzifəyə təyin edilməsi ilə bağlı kampaniya başlayıb.
#SakvarelidzeQenprokuror haştaqı Ukrayna tviterində ilk yerdədir.  
Məlumata görə, baş prokurorun birinci müavini David Sakvarelidzenin tabeçiliyəndə olanlara qarşı cinayət işi açılıb. Məhz onlar rüvətxor prokurorlar Korniyets və Şapakina qarşı işi aparırdı. 
Baş istintaq idarəsinin rəisi Vladimir Şapakin və Kiyev vilayətinin prokuror müavini Korniyets iyulun 5-də xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Məhkəmə hər iki şəxsi həbs etsə də, Şapakin girov müqabilində azadlığa çıxıb. 
 
azadlıq.info