İlham Əliyevin Nazirlər Kabinetinin iclasında bugünkü çıxışı əslində etiraf çıxışıdır. Öz aləmində Avropa Şurasına, Avropa Birliyinə, Almaniyaya, bütövlükdə Qərbə qarşı “savaş” elan edən dövlət başçısı rəhbəri olduğu rejimin təcrid olunduğunu, hər tərəfdən təzyiqə məruz qaldığını, meydanda tək qaldığını faktiki olaraq etiraf etdi. “Müdrük xarici siyasət”, “balanslı xarici siyasət”, “uğurlu xarici siyasət” dövrləri artıq arxada qaldı. İndi iflas etmiş xarici siyasət dövrü başlayıb. Rejim özü özünü təcrid edib. Sizin də xatirinizdədir yəqin ki, bir vaxtlar demokratik düşərgədən nələrinsə müqabilində rejim tərəfə keçənlər mövqelərini, düşərgələrini dəyişmələrini “uğurlu xarici siyasət”lə əsaslandırardılar. Əcaba, belələri bundan sonra nəyi bəhanə edəcəklər? Axı rejimin xarici siyasətinin iflasa uğradığını İlham Əliyev özü də etiraf etdi.


