Rusiyada kazarma çökdü, 23 nəfər öldü

Sibirin Omsk şəhərində Hərbi Desant Qoşunlarının kazarması uçub, 23 əsgər həlak olub, 19 nəfər xəstəxanaya yerləşdirilib.
 
Müdafiə Nazirliyinin sözçüsü Igor Konaşenkov iyulun 13-də itkilər barədə açıqlama verib. Xilasedicilər bütün gecəni işləyiblər.
 
Konaşenkov deyib ki, “dağıntılar altından 37 əsgər çıxarılıb, 23-ü həlak olub”.
 
Hazırda xilasedicilər daha 5 əsgəri axtarır. 
 
Bazar günü axşam baş vermiş hadisənin səbəbi hələlik bəlli deyil. Ancaq Rusiyada tikinti zamanı təhlükəsizlik qaydalarının nəzərə alınmaması tez-tez qəzalara səbəb olur.
 
Hadisəyə partlayış və ya hücumun səbəb olması barədə də məlumat yoxdur.