Serbiyanın baş nazirini daşa basıblar VİDEO

Srebrenitsa qətliamın 20-ci ildönümündə  iştirak edən Serbiyanın baş naziri Alexander Vucic  daşlanıb. Etirazçılar onu fitə basıb və daşa tutub. Baş nazir mərasimin keçirildiyi ərazidən çıxmalı olub.

Əvvəllər serbiyalı millətçi olmuş Vucic 1990-cı illərdə Slobodan Miloseviçin hakimiyyətində təmsil olunub.  

Mərasimdə ABŞ-ın keçmiş prezidenti Bill Clinton, Türkiyənin baş naziri Ahmed Davudoğlu iştirak edib.

20 il əvvəl Srebrenitsa qətliamında 8 min bosniyalı qətlə yetirilmişdi. Bu,  Avropada 2-ci Dünya Müharibəsindən sonra baş verən ən böyük qətliam sayılır (azadliq.org).

Birləşmiş Millətlər Təşkilatının nəzarətində olan Srebrenitsa şəhəri 1995-ci ilin iyul ayında Radko Mladiçin rəhbərlik etdiyi bosniyalı serblərin nəzarətinə verilmişdi. Serblrə də kişiləri ayırıb qətlə yetirmişdi.