Kasilyas “Porto”ya keçdi

Madridin "Real" klubunun əfsanəvi qapıçısı İker Kasilyas "Porto" klubuna transfer olunub. Kasilyas Madrid klubuna mənsub olduğu 25 il müddətində 725 oyun keçirib, 3 dəfə Çempionlar Liqası, 1 dəfə Klublararası Dünya Çempionatı, 2 dəfə İnterkontinental Kubok, 2 dəfə Avropa Superkuboku, 5 dəfə İspaniya çempionatı, 2 dəfə Kopa del Rey və 4 dəfə ölkə Superkubokunun qalibi olub.
Qapıçı bu transfer üçün əmək haqqının əhəmiyyətli dərəcədə azaldılmasına razılaşıb.
Kasilyas yeni komandasında ilinə 6,5 mln. alacaq. Bu məbləğin 2,5 milyonunu "Porto", qalan hissəsini "Real" ödəyəcək.