Boinglə bağlı tribunal Putinin sonu ola bilər

Rusiya Boinglə bağlı beynəlxalq tribunalın yaradılmasını əngəlləyə bilməyəcək. Kreml Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edə bilər. Ancaq bu halda sadə səs çoxluğu ilə qərarların qəbul olunduğu BMT Baş Assambleyası var. Hətta tribunalın təşkilinin qarşısı alınsa, bu çox zəif müdafiə xəttidir. Belə bir fikri rusiyalı politoloq Dmitri Oreşkin səsləndirib. 
Onun sözlərinə görə, təyyarənin Rusiyadan gətirilən və separatçıların nəzarətində olan “Buk” sistemindən vurulduğu təsdiq edən faktların sayı artır. Bundan yaxa qurtarmaq mümkün olmayacaq. 
Tribunalın yaradılmasını əngəllək cəhdləri isə Rusiyanın hərtərəfli araşdırmada maraqlı olmadığı sübur edir. Əslində Moskva Hollandiya prokurorluğunun hansı qənaətə gəldiyindən xəbərdardır. Bu ölkənin xarici işlər naziri bununla bağlı Moskvada olub, Lavrovla görüşüb və heç bir şərh vermədən gedib. 
Ekspertin yazdığına görə, Putin Rusiyasının imkanları çox məhduddur. Çünki Putin ciddi səhvə yol verib. O hesab edirdi ki, güclüsənsə, sənə hər şey olar. Pulla Olimpiya oyunlarını, Dünya çempionatını almaq mümkündür. Qaza, neftə görə Gürcüstanın anneksiyasını almaq olar. Çünki Qərb güclü Rusiya ilə savaşmaq istəmir. Ancaq bu da müəyyən vaxta qədər mümkündür. Qərb anlayır ki, Rusiyanı dayandırmaq vaxtıdı. 
Putin də özünü çıxılmaz vəziyyətə salıb. 
Litvinenko, YUKOS, Boing işi, FİFA-dakı korrupsiya – hamısı üst üstə yığıldı. Bu da Rusiya üçün çox pis işarədir. 
Bu o demıkdir ki, Rusiya Avropa strukturlarından çıxmalı olacaq. Çünki Rusiya YUKOS-a görə 50 mlrd dollar ödə bilməyəcək, məsuliyyəti öz üzərinə götürüb ölənlərin yaxınlarına kompensasiya ödəyə bilməz. 
Putinin çıxış yolu yoxdu. O üzünü Şərqə çevirib nəyəsə ümid edən bilər. Ancaq Şərqdə də alınmayacaq. Çünki onlar öz maksimum imkanlarına çatmış oxşar rejimlərdir. Artıq Pekin də divara dirənib, Hindistanın da vəziyyəti elə yaxşı deyil. Putin özünü çıxılmaz vəziyyətə salıb, Boinq isə bu dalanın bucaqlarından biridir. Indi elə təəssürat yaratmaq lazımdır ki, Qərb araşdırmaçıları pulla alınıb. Ancaq əslində belə deyil. Çünki dünyada heç də hər şey pulla alınmır, güclə əldə edilmir. Bu qaydalar ancaq Putin Rusiyası üçündür. 
 
azadliq.info