Oğurluğa Barak Obamanın maskası ilə getdilər

Kaliforniya polisi mağazalardan oğurluq etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.
 
River Robinson və Frenki Ernandes adlı həmin şəxslər mayın 29-dan iyulun 9-na qədər qeydə alınmış 15 cinayət hadisəsinin törədilməsində təqsirli bilinirlər.
 
Cinayətkarlar mağazalardan əlavə, 11 yanacaqdoldurma məntəqəsini də qarət ediblər.
 
Ən maraqlısı odur ki, həmin şəxsər oğurluq edərkən prezident Barak Obamanın maskasında olublar və polis onları yalnız barmaq izlərindən müəyyən edib.
 
Məlumatda o da bildirilir ki, onlar azadlığa 1 milyon dollar girov müqabilində çıxa bilərlər. (Virtualaz.org )