Din və Demokratiya Mərkəzi “Azərbaycan dövlətçiliyi və dinimiz” mövzusunda tədbir keçirib

Din və Demokratiya Mərkəzi iyulun 10-da Xəzər Universitetinin binasında “Azərbaycan dövlətçiliyi və dinimiz” mövzusunda bir sıra müsəlman icmalarının üzvləri dindarlarla görüş–müzakirə keçirib. 
 
Mərkəzdən verilən məlumata görə, tədbiri tanınmış ilahiyyatçı Nəriman Qasımoğlu aparıb. O, öz məruzəsində Azərbaycan tarixən mövcud olmuş tolerantlıq dəyərləri, hazırki dini durum, dövlət-din münasibətlərinə toxunaraq dindarların diqqətini ona yönəldib ki, dünyəvi dövlət sistemində hüquqları qorunan dindarlar vətən qarşısında öz borclarını dərk etməli, vətən sevgisinin, dövlət sevgisinin imandan olduğu hikmətini hər zaman əziz tutmalıdırlar. İlahiyyatçı-alim dindar iştirakçılarla Quran-da insanların dövlətçilik şüurunun gəlişməsini təşviq edən ayələrin təfsirlərini də müzakirə edib. Görüş iştirakçıları dindarların hər zaman dövlətimizin yanında olduqlarını, vətənpərvərliyin dindarlar tərəfindən həm də bir din borcu kimi qəbul ediməsinin zəruriliyi ətrafında natiqin fikirlərini dəstəklədikləri ifadə ediblər.  
Görüş- müzakirə “Azərbaycan dövlətçiliyinin təbliği ilə bağlı səyyar maarifçilik tədbirlərinin təşkili” adlı layihə çərçivəsində təşkil edilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.