İngiltərənin “Daily Mail” nəşri şoppinq üçün dünyanın ən bahalı küçələrinin siyahısını tərtib edib. Siyahıda Bakıdakı Nizami küçəsi (keçmiş Torqovı) də yer alıb.
“Bakının mərkəzindəki Nizami küçəsində geniş piyada və ticarət meydanı var. Bu küçədə yalnız bahalı pərakəndə ticarət mərkəzləri deyil, həmçinin bir sıra Avropa ölkələrinin səfirlikləri də var. Əgər hətta siz alış-veriş etmək istəmirsinizsə, Barokko stilindəki arxitektura sizi mütləq valeh edəcək”, – nəşr qeyd edib.
Dünyanın ən bahalı küçələrinin siyahısına Nyu-Yorkdakı 5-ci avenyu, Monten Avenyu (Paris), Nyu-Bond küçəsi (London) və digərləri daxil olub (oxu.az).