ATƏT PA Azərbaycanı öhdəlikləri icra etməyə çağırır

ATƏT Parlament Assambleyası 2015-ci il üçün Assambleyanın hərtərəfli siyasət məsləhətlərini və bəyanatlarını özündə əks etdirən Helsinki Qətnaməsini qəbul edib.

Sənəd 57 ölkənin siyasi, təhlükəsizlik, iqtisadi, ətraf mühit və insan haqları məsələlərini əhatə edir. Qətnamənin qəbulu ATƏT PA-da 5-9 iyulda aparılan müzakirələrdən sonra mümkün olub.

Qətnamə sənədinə bir neçə gün öncə Demokratiya, İnsan haqları və humanitar suallar komitəsində müzakirə edilmiş məsələlər də salınıb.
Onlardan birində, Azərbaycan 4 iyunda ATƏT Bakı Layihə Koordinatorunun statusu barədə memorandumu yenidən bərpa etməyə çağrılıb. Həmçinin bildirilib ki, ATƏT ofisinin fəaliyyəti Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün davam etdirilməlidir.

"Helsinki +40: Gələcək üçün ATƏT-in İnkişafı" sənədində deyilir ki, Gürcüstan və Belarusda ATƏT ofisləri yenidən fəaliyyətə başlamalı və Azərbaycan və Qazaxıstan kimi ölkələrdə isə mandatların ləğv edilməsi dəbindən uzaq durulmalıdır.

Münaqişələr

"Helsinki +40, Helsinki Son Aktı və beynəlxalq hüquqa hörmət etməklə, stabil, firavan və demokratik gələcəyə əsaslanaraq, Ukrayna konflikti, Azərbaycan, Gürcüstan və Moldovada dondurulmuş münaqişələrin sülhlə həll edilməsi yolunda cəhdləri dəstəkləyir".

Sənəddə həmçinin ATƏT ərazisində, xüsusilə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada münaqişənin əzmkarlıqla davam etdirilməsindən "narahatlıq" ifadə olunur, münaqişələr nəticəsində məcburi köçkün halına gəlmiş xalqın tezliklə geri qayıtması üçün lazım olan şəraitin yaradılmasının önəmini qeyd edilir.

Həmçinin münaqişələrin həlli üçün qurum, tərəfləri BMT Təhlükəsizlik Şurası və beynəlxalq təşkilatların digər müvafiq sənədlərini həyata keçirməyin önəmli olduğunu vurğulayıb.

Qurum, ATƏT məkanında münaqişələrin, Helsinki +40 da daxil olmaqla, təşkilat üçün prioritet olduğunu bildirib və Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada münaqişələrin həlli üçün bütün tərəfləri suverenlik, ərazi toxunulmazlığı və beynəlxalq hüquq çərçivəsində əməkdaşlığa çağırıb.