“Azəryolservis”də kütləvi ixtisarlar başlayır

Qurumun nəzdindəki idarələrin sayı yarıbayarı azaldılacaq

“Azəryolservis” ASC-də kütləvi ixtisarlar başlayır. “Azadlıq”a daxil olan məlumatda deyilir ki, nəqliyyat naziri Ziya Məmmədovun göstərişilə “Azəryolservis” ASC-nin nəzdində olan idarələrin sayı yarıbayarı azaldılacaq.
Məlumat üçün deyək ki, bu qurumun tərkibində 115 yol idarəsi fəaliyyət göstərir. Məlumatda bildirilir ki, həmin idarələrin yarısı ləğv olunacaq yerdə qalanı isə bir neçə idarədə birləşdiriləcək. Ziya Məmmədovun bu struktur islahatları “Azəryolservis”də çalışan minlərlə insanı işsiz qalması ilə nəticələnəcək. Məlumatda deyilir ki, struktur islahatlarının səbəbi böhranla bağlıdır.

İnformasiya şöbəsi