Məhəmməd Talıblı: «Avronun 0.5 faiz həddində dəyərdən düşməsi bizim Neft Fondunun aktivlərinin bir gündə 6.5 milyon avro itirilməsi deməkdir»
Yunanıstanda baş verən iqtisadi böhran neft ixrac edən ölkələrin iqtisadiyyatına təsirsiz ötüşmədi. Belə ki, son günlər dünya bazarında neftin qiymətində baş vermiş kəskin ucuzlaşma, o cümlədən neft ixracatçısı kimi Azərbaycanın iqtisadi gəlirlərinə də öz mənfi təsirini göstərməkdədir.
Məlumatÿ üçün ÿdeyəkÿ ki,ÿAzərbaycanÿ günÿ ərzində ÿyeddi yüz ÿminÿ barrelÿ neftÿ ixrac ÿedir. Dünya bazarında neftin qiymətində hər bir dollar ucuzlaşmanın baş verməsi ölkəyə gün ərzində yeddi yüz min dollarÿcivarındaÿzərər vurur. Əgər söhbət 5 dollar ÿhəddində ucuzlaşmadan gedirsə, deməli itkilər daha böyük məbləğlə ifadə olunacaq.
Bundan əlavə, Azərbaycan Dövlət Neft Fondunun (ADNF) aktivlərinin avroda payının ciddi rəqəmlərlə ifadə olunması da Yunanıstanda baş verənlərin Azərbaycanın valyuta ehtiyatlarına birbaşa təsir göstərəcək amillərdən hesab olunur.ÿ
Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Trend.az-a açıqlamasına bildirib ki, ADNF-nin Yunanıstanda heç bir aktivi yoxdur. Onun sözlərinə görə, fondun vəsaitinin idarə olunması qaydalarına əsasən, fondun investisiya portfelinin vəsaiti uzunmüddətli öhdəliklər üzrə müəyyən beynəlxalq kredit reytinqi olan ölkələrin aktivlərinə qoyula bilər: “Yunanıstanın reytinqi tələblərimizi ödəmədiyindən ADNF bu ölkənin aktivlərinə investisiya qoymayıb.ÿBu səbəbdən, Yunanıstandakı böhran ADNF-nin fəaliyyətinə təsir etməyəcək”.
ADNF-nun icraçı direktorunun fikirlərini şərh edən iqtisadçı ekspert Məhəmməd Talıblı yada salır ki, neft fondunun valyuta səbətində bir neçə valyuta növləri çıxış edir. Onlardan xüsusi paya malik olan ABŞ dolları birinci yerdə qərar tutur. Ikinci və üçüncü yerdə öz növbəsində avro və funtsterlinq qərarlaşır: “Neft Fondunun aktivlərində avronun payı təxminən 13 milyarda yaxındır. Bu isə o deməkdir ki, avronun Yunanıstandakı böhranla bağlı 0.5 faiz dəyərdən düşməsi bizim 13 milyard avroya yaxın valyuta ehtiyatlarımıza təsir göstərir. Yəni avronun 0.5 faiz həddində dəyərdən düşməsi bizim Neft Fondunun aktivlərinin təkcə bir gündə 6.5 milyon avro itirilməsi deməkdir”.
Məhəmməd Talıblı deyir ki,ÿ Ümümilikdə avronun ucuzlaşmasına təsir göstərən ÿiki amili qeyd etmək lazımdır: “Birincisi qeyd etdiyimiz kimi,ÿYunanıstanda avrozonaya etimadsızlıqla bağlı keçirilən referendomun nəticələri,ÿikincisi isə dünya bazarında neftin qiymətində ucuzlaşmasının qeydə alınması. Bundan əlavə, Azərbaycanın həyata keçirdiyi xarici ticarət dövriyyəsi də məhz xarici ticarət tərədaşlarının münasibətlərilə bağlıdır. Bu baxımdan 2015-ci ilin yarısının nəticələrinə görə ticarət tərəfdaş ölkələrinin 40-ı asiya ölkələrini əhatə edir, 20-si Amerikanı, 45-i isə avropanı əhatə edir”.
Ekspert onu da vurğulayır ki, avrozonada baş verən valyuta konyukturası şübhəsiz ki, ölkə iqtisadiyyatına, xüsusilə xarici ticarət əlaqələrinə təsir edir: “Bu baxımdan avrozonada avronun ucuzlaşması bu valyuta ilə aparılan alqı-satqı əməliyyatlarına da təsir göstərir və bu zonada qiymətlərin aşağı düşməsinə gətirib çıxarır. Bu, həmçinin ölkəmizdə qiymətlərin aşağı düşməsinə təsir göstərir. Nəticədə ölkəmizə avro ilə idxal olunan məhsullarında qiymətlər aşağı düşür və bununla da istehlakçılar məhsulları daha ucuz qiymətə əldə etmə imkanı qazanırlar”.
Emil