Azərbaycanın Maliyyə Nazirliyi bir daha sığorta şirkətlərinə ödənişləri qanunsuz azaltmamaq barədə xəbərdarlıq edib. “Marja” xəbər verir ki, maliyyə nazirinin müavini Azər Bayramov, “Sığorta şirkətləri devalvasiyanı və yaranmış ağır vəziyyəti bəhanə edib ödənişləri qanunsuz azaltmasınlar. Tərəfimizdən şikayətlərə nəzarət xeyli artıb. Bu, çox ciddi nəzarət altındadır”, – deyə jurnalistlərə bildirib.
Azər Bayramov qeyd edib ki, şirkətlərin fəaliyyətlərinin daha rentabelli olması sığorta ödənişlərinin azaldılması hesabına olmamalıdır:
“Mənfəətin artırılması şirkətlərin öz xərclərinin azaldılması hesabına olmalıdır, sığorta ödənişlərinin qanunsuz azaldılması hesabına yox. Sığorta şirkətləri işlərini daha optimal qurmalı və müasir texnologiyalardan daha çox istifadə etməlidirlər”.


