
2012-ci ildə isə “Baghlan Group Limited” “BNP Paribas Trust Corporation UK Limited” şirkətinin iştirakı ilə Kayman fond birjasında 150 milyon dollarlıq istiqrazlar yerləşdirib. Qiymətli kağızlar bu ilin yayına qədər tam ödənilməli olsa da, Hafiz Məmmədov bu məsələni həll edə bilməyib.
Bu arada “Baghlan Group Limited” şirkəti ona ləğvedici təyin edilməsi barədə yerli məhkəməyə vəsatət verilib. Vəsatət məhkəməyə bu il, iyunun 17-də daxil olub.
“Baghlan Group Limited” Azərbaycanın “Bahar” və “Qum dəniz” yataqlarını işləyən “Bahar Energy Ltd.”nin səhm paketinin sahibi olub. Amma 2014-cü ildə şirkət maliyyə problemi üzündən bu paydan məhrum olub.