…və başıma gələn olaylar
Oyunlar başlayıb qurtarana qədər qarşıma çoxlu maraqlı hadisələr çıxdı. Hər şeydən öncə diqqətimi çəkən kimə gəldi akkreditasiya verilməsi oldu. Əsas da fotoqraf tayfasına. Kimə daş atırdın gedib fotoqrafa dəyirdi. Bu baxımdan vəziyyət çox gərgin idi.
Məşəl Bakıda olanda çəkmək üçün bir yer axtarırdım ki, qarşıma bir fotoqraf çıxdı, nə isə bir az söhbət etdik, soruşdum ki, hardansız? Dedi: – ulu.az saytından. Dedim o nə saytıdır? Dedi: – 2-3 aydır yaranıb. Mırta qeydiyyatdan keçdik, qəbul etdilər bizi.
Elə bundan sonra dedim ki, konsert bundan belə başlayacaq.
Elə də oldu…
“Mübarək üzlü” könüllülər
Oyunların ilk günü, arenalarda Media Mərkəzi tapmaq çox çətin olurdu. Odur, könüllülərə yaxınlaşıb Media Mərkəz hardadır?ÿdeyə soruşanda. “Aaa, mmm, bizə bu barədə bir şey deməyiblər, bilmirəm…” kimi cavablar eşidirdim. Hətta bəzi könüllülərə görə arenanı 1-2 dövrə vururdum. Bu olaylardan sonra qərara aldım ki, könüllülərdən heç nə soruşmayacam.
Hələ maraqlı olan başqa bir olay da var. Oyunların 3-4-cü günü olardı. Su hovuzuna gəldim (Baku Aquatics Centre) könüllüyə yaxınlaşıb, “Xanım, tualetə necə gedə bilərəm?” deyə soruşdum. Qız təəccüblə baxıb, “tualetə… mmm.. bilmirəm” bu zaman od tutub yandım e. Adam 4 gündür bir yerdə işləyir, tualetin yerini belə bilmir. Nə isə, bunu da keçdim…
Axşama doğru könüllülər çox yorğun olduqlarından zarafat etməyə adam axtarırdılar. Mənim də saçım uzun olduğundan məni xarici bilirdilər.
Könüllülərdən biri üzünü mənə çevirib dedi:
– Londona bir nəfər. Gələn var gəlsin…
Jurnalist mafiyası
Istənilən arenada azərbaycanlı jurnalistləri tapmaq elə də çətin deyil. Harada kütlə halında adam oturub söhbət edirdisə, o saat bilinirdi ki, azərbaycanlılardır. Özləri üçün bir ortam yaradıb istədikləri kimi bərkdən söhbət edirdilər.
“Kərbəla”ya gedən yol
Bəzi arenalar arasında məsafə yetərincə uzun idi. Məsələn, Kristal Hol-a gedən avtobus arenadan təxminən 500-600 metr aralıda dayanırdı. Bu yolu istər jurnalistlər, istərsə də azarkeşlər piyada getməliydi.
Bu olay türk jurnalistlərə, deyəsən, çox pis təsir etmişdi. Adam günün altında gəlib Media Mərkəzinə girib və əsəbi halda öz həmkarına deyir: “Yaa, kardeşim, bu ne lann?.. Burası Kerbela kimi yer, yürüdükce yol bitmiyor…”
“Security” əməliyyatı
Bir dəfə də security yoxlamasından keçəndə başqa bir polis monopodu göstərərək “dırnaqlı dubinkanı” hara aparırsan" deyə soruşdu. Hətta bir başqası “bu ”selfie" çubuğu nəyinə lazımdır" deyə sual verirdi.
“Əl oyunları” sarayına çatıb yenidən security-dən keçəndə başqa bir polis mənə əl edərək “Hi, welcome” deyərək qarşıladı. Mən də polisə gülümsəyərək “Hi” deyə cavab verdim. Başqa bir polis akkreditasiyamı yoxlayıb, “buyurun burdan keçin, zəhmət olmasa” deyəndə, mənə ingilis dilində salam verən polis “ay qaa, Azərbaycannısan”, pay daa… necə də xaricilərə oxşuyursan e" deyib pərtlikdən çıxmaq istədi…
“Peşəkar azarkeşlər”
Oyunların sonuna yaxın azarkeşləri çəkməyə üstünlük verirdim. Istər çimərlik oyunlarında, istər güləş-taekvando, istər voleybol, yaxud digər oyunlarda azarkeşlərin qışqıraraq etdikləri reaksiyanı sadəcə görmək lazım idi. “Əəə… 3 nömrə topu 7 nömrəyə atsaydı, 7 nömrə də 15 nömrəyə verəcəkdi, o da qol vuracaqdı. Bax, gördüüün?! Sən vurmadın, sənə qoydular.. Əəəə yox eee, bizimkilər oynaya bilmir, qoy elə gedib qoyun otarsın”.
Nə isə… çox yazıb uzatmaq da istəmirəm. Oyunlar bitdi, kondisionerli avtobus və kostyumlu polislərin də dövrü qurtardı. Istidir, mobil telefonlarınızı söndürün, internetdən də uzaqlaşıb sakit bir yerə gedib istirahət edin…
Əziz Kərimov, contact.az


