Çinin Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Lent.az-ın məlumatına görə, buna səbəb Çinin Ramazan ayı ilə əlaqədar bəzi məhdudiyyətlər qoyması və oruc tutan uyğur türklərinin təqiblərə məruz qalmasıdır.
Buna görə də Türkiyə XİN Çin səfirini çağıraraq vəziyyətlə bağlı narahatlığını bildirib.