Tanınmış meyxanaçı axtarışa verilib

APA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1973-cü il təvəllüdlü Səfərov Vahid Ağabala oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.
 
Meyxana aləmində Vahid Qədim kimi tanınan V. Səfərov bu ilin yanvarından axtarışa verilib.