“Bunlar yeyib, doyub” deyənlərin diqqətinə. Beynəlxalq araşdırmaçı jurnalistlər indi də Əliyev ailəsinə aid otellərin bir qismini aşkarladılar. (http://www.azadliq.info/…/69450-korrupsiya-leyhin-bkdn-liye…) Banklar, qızıl mədənləri, holdinqlər, telekommunikasiya şirkətləri, otellər şəbəkəsi və daha nələr bir əldə cəmlənib.
Biz də deyirik ki, hökumət monopoliyalarla mübarizə aparsın. İnsaf naminə, bu monopoliya ilə xalq dura-dura, hökumət necə mübarizə aparsın? Amma fikir etməyin, əsas odur ki, axşam güclü, analoqsuz atəşfəşanlıq oldu. Bütün avropalılar paxıllıqdan öləcək. Bəs necə, hansı ölkə fişəngə bu qədər pul verər?"


