
İrəvanın Baqramyan prospektində keçirilən etiraz aksiyasının iştirakçıları polis tərəfindən mühasirəyə alınıb. Polis əməkdaşları Baqramyan prospektinə daha heç kimi buraxmırlar. Aksiyanın dağıdılmasına hər an başlanıla bilər.
***
Yerevanda deputatlar, din xadimləri, şou-biznes nümayəndələri və jurnalistlər polislə aksiyaçılar arasında dayanıb.
Polis aksiyaçılardan səsgücləndiriciləri alıb, qadınları və uşaqları isə aksiya keçirilən meydanı tərk etməyə çağırır.
Barqamyan meydanına su vuran maşınlar və əlavə polis qüvvələri gətirilib.
Bir qədər əvvəl verilən məlumata görə, polis aksiyaçılara Yerevanın mərkəzi meydanını təmizləmək üçün yarım saat vaxt verib.
***
Yerevanda «Talana yox» aksiyası davam edir. Bu haqda AzadlıqRadiosunun erməni xidmətinə aksiya təşkilatçılarından biri- Vaginak Shushanian məlumat verib. O deyib ki, aksiya iyunun 28-də bütün gecə və iyunun 29-da bütün günü davam edəcək.
Yerevanın mərkəzi Baghramian prospektində etiraz aksiyası iyunun 19-da hökumət elektrik enerjisinini qiymətlərinin qaldırandan sonra başlayıb.