
Qeyd edək ki, 54 yaşlı İ.Yılmaz Sivasdan millət vəkili seçilib. O, 4 ildir ki, ölkənin milli müdafiə naziri vəzifəsini tutur.
Onu da qeyd edək ki, müxalifət partiyalarından CHP parlament sədrliyinə partiyanın sabiq sədri Dəniz Baykalın, MHP prezidentliyə keçmiş namizəd Ekmeleddin İhsanoğlunun, HDP isə AKP-nin qurucularından olan Dengir Mir Mehmet Fıratın namizədliyini irəli sürüb.