Krımın vəkili rolunda çıxış edən Raufa

Milli Şuranın sədri, görkəmli tarixçi Cəmil Həsənli Rüstəm İbrahimbəyova qarşı hücumlara tutarlı cavab verib. Professorun "facebook" səhifəsində paylaşdığı həmin yazını təqdim edirik:
 
"Bu satqın Raufun indi əli hər yerdən çıxıb başlayıb, Krımla bağlı ictimai fikri manipulyasiya eləməyə. Guya, bu, Krımın dərdin çəkən olub. Qarabağ avantürası lax çıxdıqdan sonra bu böhtan dağarcığı indi də Baxçasaray bağlarını budaq-budaq gəzmək istəyir. Amma onun bu ümidini də puça çıxaracayıq. Çünki yalan danışır. Bütün dünya Krım tatarları ilə bağlı həqiqətləri, onların Sovet istibdadından hansı zülmləri çəkdiklərin mənim əsərlərimdən oxuyurlar.
 
(Bax: SSRİ-Türkiyə: Soyuq müharibənin sınaq meydanı, Bakı, 2005; СССР – Турция. От нейтралитета к холодной войне 1939-1953. Москва, 2008; Tarafsızlıktan soğuk savaşa Türk Soviet ilişkileri. Ankara, 2011; Stalin and the Turkish Crisis of the Cold War, 1945-1953. Lexington Books, Lanham, Boulder, New York, Toronto, Plymouth, UK, 2011, 2013) , indi bu hakimiyyətin media ruporu bilmir hansı hoqqabazlıqdan çıxsın. Hətta Rusiya Krımı işğal etdikdən sonra Amerikanın ən nüfuzlu “Wikistrat” beynəlxalq təhlil mərkəzi məhz mənim bu işğal əleyhinə yazılmış təhlilimi vermişdi. Rusiyanın Krımı işğal etməsinə mənim münasibətim isə "Amerikanın səsi" radiosuna verdiyim video müsahibəmdə aydın əks edilib. Buyurub baxa bilərsiniz. http://www.amerikaninsesi.org/flashembed.aspx…
 
Krımın işğalı ilə bağlı 2014-cü ilin mart ayının 12-də “Turan” informasiya Agentliyi maraqlı bir müzakirə təşkil etdi. Həmin müzakirədə əsas məruzəçi olaraq aydın formada dedim ki, “hazırda cərəyan edən hadisələr fonunda Rusiyanı heç bir halda haqlı hesab etmək olmaz. Krımın sahibləri Krım tatarlarıdır və onlar da hazırda özlərini Ukraynanın tərkibində görürlər və biz bu seçimə hörmətə yanaşmalıyıq”. Eyni mövqeyi ötən ilin aprel ayının 11-də Meydan.tv-yə verdiyim geniş müsahibədə də təkrar etmişəm. 
 
Hadisə baş verəndən sonra ölkə mətbuatına və xarici media qurumlarına Krımla bağlı yüzdən artıq açıqlama vermişəm və hamısında da bu aksiyanı Moskvanın təcavüzü kimi şərh etmişəm. Rüstəm bəyə gəldikdə isə, burada məsələ daha mürəkkəbdir. Çünki Bakıda oturub Krım Ukraynaya məxsusdur deməklə, Moskvada oturub bunu demək fərqli şeylərdir. Bizim vətənşüvənlərdən fərqli olaraq, Rüstəm Rusiyanın Krıma yönəlik işğalçılıq siyasətinə bilavasitə Moskvada, ən nüfuzlu rus ziyalılarının kiçik bir dairəsi ilə birlikdə etiraz edib. Hətta bu etiraz, onun üçün riskli olsa belə.
 
Birdə Rüstəm İbrahimbəyov yanvar hadisələri dövründə Parisdə Şarl Aznavuru açıq televiziya debatına çağıran, fövqəladə vəziyyət şəraitində xarici jurnalistləri gizli yollarla Bakıya göndərən, Fransa senatının uydurma erməni soyqırımına etiraz əlaməti olaraq Fəxri Legion ordenindən imtina edən şəxsdir. Rüstəm bəy yurdumuz erməni təcavüzünə məruz qalanda halalca qonorarı hesabına Naxçıvandan tutmuş digər döyüş bölgələrinə qədər portfel dolu pullarla dolanıb silah almağa öz yardımını təklif edəndə, indi Krımın vəkili rolunda çıxış edən bu Rauf, cəbhə bölgəsində yerləşən Yuxarı Öysüzlüdən gəlib Bakının aşağı məhəlləsində öy axtarırdı. Adam gərək nə qədər abırsız olsun ki, bu qədər yalan və böhtan danışsın.
 
Putin haqqında palaz-palaz mədhedici yazılar verən bu, "Putini dayandıracaq qətiyyətdə dünya lideri yoxdur" yazıb cəmiyyətin gözünü qorxudan bu, Azərbaycan hakimiyyətinin Rusiyaya söykənməsini təşviq edən (Bax: Bakı-Moskva əməkdaşlığı İrəvanın yuxusunu qaçırıb. Yeni Müsavat, 15 iyun, 2015) bu, həttə Putinin pələngini belə kino ulduzu kimi vəsf edən bu, "Putin İrəvanda "soyqırım" demədi" yazıb 24 apreldə onun soyqırımı abidəsinin ziyarətinə bəraət qazandıran bu, indi bütün bunlardan sonra söz dəllalı olur demokrat, biz oluruq Rusiyapərəst".