İran ilə neft qiymətləri 50 dollara qayıda bilər Bu həftə neft bazarı ABŞ-da açıqlanacaq göstəricilərə fokuslanmışdır.
Amma gələn həftə əsas gündəm İran və nüvə proqramı ilə bağlı saziş olacaq.
Əgər 30 İyun tarixində İran və altı dövlət arasında ölkənin nüvə proqramı ilə bağlı anlaşma əldə olunarsa İranın qlobal bazara milyonlarla barrel neft təklif etməsi ilə neft qiymətlərində 50 dollar səviyyəsinə qayıdıla bilinəcəyi danışılır.
"Outstanding Investments" investisiya bülleteninin redaktoru Byron King, "Əgər sanksiyalar qaldırılsa İranın satmağa hazır təxminən 50 milyon barrel neft ilə dolu 34 böyük tankeri var" deyə bildirib.
Analitiklər İranın nə qədər neft ehtiyatı olduğu barədə mübahisələr etsələr də, hamısı İranın qlobal bazara dərhal təsir göstərəcəyi barədə həmfikirdilər.
"Strategic Energy & Economic Research"ın sədri Michael Lynch "30, ya da 40 milyon barellik bir ehtiyat ola bilər, amma bu bazara çox sürətli bir şəkildə təsir edə bilər. Əgər neft ixrac edən Körfəz ölkələri İrana görə bazarlarını itirdiklərini düşünürlərsə qiymətlərdə endirimə gedə bilərlər. Bu da, Qərbi Texas xam nefti üçün qiymətlərin 50-55 dollar səviyyəsinə gəlməsinə yol aça bilər" -deyə bildirib.


