NATO Rusiyaya «yox» dedi

Rasmussen Medvedevin əməkdaşlıq təklifini rədd etdi

Rusiya-NATO Müzakirə Şurasının Soçidə növbəti toplantısı keçirilib. Danışıqlar zamanı NATO-nun Avropada yerləşdirmək istədiyi Raket Hücumundan Müdafiə Sistemlərilə (RHMS) bağlı yaranmış ziddiyyətlərə aydınlıq gətirilib.
Ekspert və bəzi siyasi dairələrin gözlədiyinin əksinə olaraq Rusiya tərəfi NATO-nun RHMS-lə bağlı planlarına etiraz etməyib. Hətta Rusiya prezidenti Dmitri Medvedev müzakirələrin qənaətbəxş olduğunu və danışıqların tərəflər arasında hər hansı ziddiyyətlər ortaya çıxarmadığını söyləyib. Kreml rəhbəri müdafiə sistemlərinin yerləşdirilməsilə bağlı NATO-ya əməkdaşlıq təklif edib.
NATO-nun baş katibi Anders foq Ramussen isə Rusiya prezidentinin təklifinə rədd cavabı verib. Alyans rəhbəri əlavə edib ki, Avropada RHMS-lərin yerləşdirilməsinə dair Rusiya ilə NATO arasında hər hansı müqavilənin imzalanmasına gərək yoxdur. Rasmussen RHMS-lərin Rusiyaya təhlükə yaratmadığını və NATO-nun Rusiyanı təhdid olaraq görmədiyini növbəti dəfə bəyan edib.