Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladı Əlgüşad Gülalıyev yenidən məhkəmə önünə çıxacaq. Buna səbəb Bakı Apelyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətidir. Kasasiya şikayətinə Ali Məhkəmədə 24 iyunda hakim Əli Seyfəliyevin sədrliyi ilə kollegiya baxacaq.
Xatırladaq ki, təqsirləndirilən şəxs Gülalıyev Əlgüşad Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Məhkəmə hökmündən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində Vüqar Məmmədovun sədrlik etdiyi kollegiya baxıb. Müdafiə tərəfinin məhkəmə baxışının məhkəmə istintaqı keçirilməklə aparılmasına dair verdiyi vəsatəti Apelyasiya Məhkəməsi qəbul etməyib. 17 fevral 2015-ci il tarixdə apelyasiya şikayətinə ilkin baxılması zamanı məhkəmə istintaqı aparılmadan apelyasiya şikayətinə məhkəmə baxışının keçirilməsinə dair qərar qəbul edilib. Həmin qərardan da Ali MəhkəməninÿCinayət Kollegiyasına kasasiya şikayəti verilib. Müdafiə tərəfi fikrini onunla əsaslandırıb ki,ÿXətai Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar sübuta yetirilməyib, eyni zamanda məhkəmə təqdim edilən sübutları düzgün qiymətləndirməyib. Həmin sübutları yenidən araşdırmadan iş üzrə hallara düzgün və obyektiv qiymət vermək mümkün deyil. Xətai Rayon Məhkəməsi məhkəmə iclas protokollarını saxtalaşdırmış və şahidlərin, zərərçəkənin, təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin məhkəmə iclas zalında verdiyi ifadələri olduğu kimi iclas protokoluna qeyd etməyib. Bununla bağlı Xətai Rayon Məhkəməsinə protokola qeydlər edilməsi üçün ərizə verilsə də, məhkəmə ərizəni təmin etməyib. Hətta protokola qeydlərin nəzərə alınması üçün müdafiə tərəfinin vəsatəti əsasında Apelyasiya Məhkəməsi iş materiallarını 09 yanvar 2015-ci tarixli qərarla Xətai Rayon Məhkəməsinə qaytarsa da, birinci instansiya məhkəməsi bunu da nəzərə almayıb. Bu baxımdan apelyasiya baxışında qismən istintaq aparılmasına, şahidlərin və təqsirləndirilən şəxsin dindirilməsinə, digər dəlil və subutların araşdırılmasına ehtiyac var. Çünki irəli sürülmüş ittihamlara aydınlıq gətirmək üçün şahidlər mütləq dindirilməli, bəzi məsələlərə aydınlıq gətirilməlidir.
Xatırladaq ki(“Turan”), Əlgüşad Gülalıyev özü 2013-cü ilin sentyabrında yaşadığı NZS qəsəbəsində naməlum şəraitdə döyülərək bıçaqlanıb. Istintaq cinayətkarları tapıb məhkəmə önünə çıxarmaq əvəzinə Ə.Gülalıyevin özünə cinayət işi qaldırıb və onun haqqında təqsirləndirilən şəxs qismində qəti-imkan tədbiri seçilib. Cinayət Işinin istintaqını Bakı şəhər Baş Polis Idarəsinin Istintaq şöbəsi aparıb. Əlgüşad Gülalıyev Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladıdır. Atası, keçmiş siyasi məhbusÿO.Gülalıyev Sabirabad Rayon Məhkəməsinin 13 iyun 2012-ci il tarixli hökmü ilə polis nəzarətində olmaqla ev dustaqlığına məhkum edilib. Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə ittiham olunur, ölkədən çıxışı yasaqdır.