Avropa Birliyi seçim tələb edir

Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan NATO Parlament Assambleyasının Yerevanda keçirilən seminarında çıxışı zamanı sensasiya sayılacaq açıqlamalarla yadda qalıb.
 
Nalbandyanın sözlərinə görə, Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” Proqramı ilə bağlı Ermənistanla danışıqlar başlananda Yerevanı əmin ediblər ki, bu proqram, ilk növbədə iştirakçı ölkələrdə islahatların aparılmasına yönəldilib :
 
“Biz bu proqramda iştirak etməkdə maraqlı olduğumuzu bəyan etdik. Amma bildirdik ki, digər inteqrasiya prosesində də iştirak etmək niyyətindəyik. Brüsseldə danışıqlar başa çatandan sonra qəfildən bizə dedilər ki, ya Avropa İttifaqını, ya da Rusiyanı seçməliyik”- deyə, Nalbandyan bildirib.
 
Göründüyü kimi, Avropa Birliyi “Şərq Tərəfdaşlığı” Proqramına üzv ölkələrindən siyasi inteqrasiya prosesində açıq mövqe tələb edir. Xüsusilə də Ermənistan və Azərbaycandan demokratik prosesərin sürətlənməsini və geopolitik seçim tələb edən AB əvvəlki dövrlərdə olduğu kimi güzəştə getmək niyyətində görünmür.
 
Ekspertlər də hesab edirlər ki, Avropa Birliyi demokratik dünyaya inteqrasiyanı siyasi kurs kimi bəyan edən postsovet ölkələrindən artıq Rusiya və Avropa İttifaqı arasında qəti seçim etməyi tələbi irəli sürür. AB-nin Ermənistanı dilemma qarşısında qoyması Birliyin “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq etdiyi ölkələrlə münasibətlərdə ciddi kriteriyalara üstünlük verməsi kimi qiymətləndirilir :
 
“Ermənistan AB ilə “Şərq Tərəfdaşığı” Proqramı çərçivəsində əməkdaşlıq edən ölkələrdən biridir. Bir neçə il ərzində Ermənistan AB arasında Assosiasiya üzrə danışıqlar gedib. 2013-cü ilin sentyabrında Ermənistan faktiki olaraq danışıqlardan imtina etdi və  Rusiyanın istəyinə uyğun olaraq Gömrük İttifaqına qoşulmaq qərarını verdi. Ermənistan Avropa Birliyi ilə müxtəlif proqramlar çərçivəsində əməkdaşlığı davam etdirmək niyyətini açıqladı. Bəlli oldu ki, Ermənistan AB ilə müxtəlif sahələrdə əməkdaşlığı davam etdirərək bu prosesdən fayda götürmək niyyətindədir. Bununla da Ermənistan sübut etdi ki, Rusiyanın orbitində qalaraq Avropa Birliyindən öz məqsədləri üçün istifadə etmək istəyir”.
 
Müstəqil ekspertlər xatırladır ki, Avropa Birliyi altı “Şərq Tərəfdaşlığı” ölkələrilə dərin iqtisadi-siyasi inteqrasiya prosesi prioritet elan edib. Məhz bunu nəzərə alaraq, Ermənistan qarşısında AB və Rusiya arasında seçim tələbi qoyulub.
 
 Ekspertlərin qənaətincə, baş vermiş hadisə, əsində Azərbaycan üçün müsbət amil kimi qiymətləndirilməlidir. Çünki Avropa Birliyi ilə münasibətləri real inteqrasiya prosesinə çevirməklə Azərbaycancan Dağlıq Qarabağ probleminin həllində Brüsselin simasında ciddi tərəfdaşlıq tapa bilər :
 
 “Təəssüflə deməliyik ki, Azərbaycan hakimiyyəti çətin ki, yaranmış bu imkandan istifadə etsin. Problem ondadır ki, məhz demokratiya məsələsinə görə Azərbaycan hakimiyyəti AB ilə ciddi inteqrasiyada maraqlı deyil”- deyə, ekspertlər bildirir.
 
Emil