Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı Məzahir Cəfərov yaşadığı evin blokunda asılı vəziyyətdə tapılan gün mərhumun ailəsi Qəbələ rayonunda olub. Meyidin blokda tapılması faktına görə ehtimal olunur ki, Cəfərov özünü asmayıb. Onu asıblar. Mənbə bildirir ki, M.Cəfərov Nazim İbrahimovun qardaşı Sahil İbrahimov və imişlili İlham adli biri ilə şərik işləyib. Son zamanlar isə aralarında ciddi münaqişələr yaranıbmış. (Hafta.az)


