
Qeyd edək ki, Cem Uzan fəaliyyətini dayandırmış Gənc Partiyanın sədridir. O, 2002-ci ildə Türkiyədə parlament seçkilərinə qatılmış, qısamüddətli kampaniyadan sonra 7.2 faiz səs toplamışdı. Seçkilərdən sonra isə Türkiyənin vergi orqanları onun fəaliyyətini araşdırmağa başlamış, nəticədə bu ölkədəki bütün varidatına əl qoyulmuşdu. İş adamı özü isə Fransadan siyasi sığınacaq almışdı.
Qeyd edək ki, Gənc Partiya AKP hakimiyyətinin ilk illərində ciddi mübarizə aparıb sıradan çıxardığı partiyadır.