Belçika Rusiya səfirliyinin bank hesablarını dondurur

Belçika Rusiyanın bu ölkədəki səfirliyinin bank hesablarına həbs qoyacaq. Bu barədə Belçikanın xarici işlər naziri Didier Reynders açıqlama verib. Bank hesabları keçmiş neft şirkəti Yukos səhmdarlarının qanuni iddiasına baxılan müddət ərzində dondurulmuşdu. 
Nazirin dediyinə görə, iyunun 20-də bank hesablarına həbs qoyulması barədə qərar çıxarılıb. 
Rusiya rəsmi aktivləri dondurulandan sonra iyunun 19-da öz ölkəsində fəaliyyət göstərən Belçikaya bağlı xarici şirkətlərə qarşı cavab ölçüsü götürəcəyi ilə hədələyib.
Prezident Putin bildirib ki, “biz öz maraqlarımızı müdafiə edəcəyik”.
Yukosun keçmiş səhmdarları Avropa məhkəməsinin də çıxardığı qərara görə onlara verilməli olan 50 milyard kompensasiyanın bir hissəsini əldə etməyə çalışırlar. Putin iyunun 19-da məhkəmənin bu qərarını qanuni saymadığını deyib.