Yanukoviçin qiyabi mühakiməsi başlayıb

Ukrayna keçmiş prezident Viktor Yanukoviçin qiyabi mühakiməsinə başlayıb. Bu barədə Ukrayna Baş Prokurorluğundan məlumat verilib. Baş prokuror Viktor Şokin bildirib ki, hazırda Yanukoviç və tərəfdarları 6 ayrı maddə üzrə ittiham edilir: «Qiyabi mühakiməyə başlamışıq. Yanukoviçlə yanaşı, Klimenko, Boqatıreva, Arbuzov və başqalarının da işi araşdırılır”. Şokin onu da bildirib ki, məhkəmələr bu işlər üzrə yekun qərar çıxarandan sonra Avropa Məhkəməsinə müraciət etmək və Ukraynadan cinayət yolu ilə oğurlanan pulları geri qaytarmaq mümkün olacaq: «Hazırda Yanukoviç Rusiyadadır. O, «İnterpol» tərəfindən beynəlxalq axtarışa verilib. Rusiyadan çıxacağı təqdirdə, həbs edilməlidir”.
 
Gültəkin