İtaliyanın “La Lepublica” qəzeti Emin Hüseynov hadisəsi kontekstində Azərbaycandakı repressiyalar haqqında geniş məqalə dərc edib. Qəzetin əməkdaşı Stefaniya Maurizi yazır ki, azərbaycanlı jurnalist və söz azadlığı uğurunda mübarizə aparan Emin Hüseynov on ay ərzində gizləndiyi İsveçrə səfirliyindən İsveçrəyə göndərilib. Son illərdə Emin Hüseynov Azərbaycanın repressiv hakimiyyətinin ciddi təzyiqlərinə məruz qalıb. Emin Hüseynov söz azadlığının müdafiəsi sahəsində fəallığına görə bir neçə il bundan öncə vəhşicəsinə döyülüb və uzunmüddətli ciddi müalicə almaq məcburiyyətində qalıb. Qanunsuz həbsə görə Avropa Məhkəməsi onun haqqında qərar çıxarıb. Emin Hüseynov “Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu”na rəhbərlik edir. Onun rəhbərlik etdiyi təşkilat soz və ifadə azadlığının müdafiəsi sahəsində son illər ərzində kifayət qədər ciddi iş aparıb. Və bütün bunlar Azərbaycan hakimiyyətinin ona qarşı sərt münasibət bəsləmisinə səbəb olub. Məqalə müəllifi qeyd edir ki, Azərbaycanda repressiyalar hətta çox tanlnmış jurnalistlərdən belə yan keçmir. Xədicə İsmayıl kimi araşdırmaçı jurnalist həbsxana həyatı yaşamağa məcbur edilib. Xədicə İsmayıl hakimiyyətin korrupsiya əməlləri barədə araşdırma materiallarının müəllifidir. Azərbaycan kimi fundamental insan hüquq və azadıqlarının açıq-aşkar inkar olunduğu ölkədə mübarizə aparan və təqib olunan insanların dəstəklənməsi çox vacibdir.