Möhsün Səmədov “kars”a salındı

İmanı «kamil» hakimiyyət ilahiyyatçıya Ramazan «hədiyyə»si etdi

Bu ölkədə nələr baş verir. Hakimiyyətin riyakarlığı, ədalətsizliyi, zorakılığı tükənmək bilmir. Yəqin ki, dünyada ikinci belə anti-insani hakimiyyət tapmaq mümkün deyil. Hər dəfə ölkə başçısı tolerantlıqdan danışır, dünyadakı islamafobiyanı tənqid edir. Hətta məscid açılışında iştirak edir, Səudiyyə Ərəbistanında namaz qılır, müqəddəs Kəbəyə daxil olur və.s Amma ölkəyə qayıdanda bütün bu görüntülərin əksini tətbiq edir. Necə ki, Avropa oyunları keçirdikləri bir vaxtda, Avropaya qarşı qara kampaniya başlayıblar, eləcə də islam dininə hörmət etdiklərini deyə-deyə islam inanclı insanlara zülm edirlər.

Bugünlərdə xəbər yayıldı ki, Azərbaycan Islam Partiyasının sədri Mövsüm Səmədov karserə salınıb. Yaxınlarının verdiyi məlumata görə, Mövsüm Səmədov artıq 5 gündür ki, karsdadır və səbəbləri haqda məlumat verilmir. Amma səbəbi bilmək o qədər də çətin deyil. Ya əfv ərizəsi yazmaqdan imtina edib, ya həbsxanadakı neqativ hallara etiraz edib, ya da israrla ibadət etmək istəyib.

Bəli, Ilham Əliyev atasının adına məscid tikdirir, eyni zamanda məscidi zinətləndirən adamları şərləyərək həbs etdirir. Hakimiyyət Ramazan ayının ilk günündə islam alimini karsa salmaqla təbrik edib. Bu qədər rəzilliyi, qeyri-insani hərəkəti neçə adam bacara bilər?

Müsəlman ölkəsində bir din xadiminə qarşı bu boyda haqsızlıq edilərmi? Bir daha təsdiq olundu ki, ən böyük islamafob bu hakimiyyətin özüdür. Əgər bir hakimiyyət müqəddəs bir ayda ilahiyyatçı bir alimi cəzalandırırsa, deməli o hakimiyyət bütün mənəvi dəyərlərdən məhrumdur. Beynəlxalq təşkilatlar, nüfuzlu qəzetlər, tanınmış siyasətçilər Azərbaycan hakimiyyətini məhz bu anti-insani siyasətə görə tənqdi edir. Gecə-gündüz Aztv-lər Almaniyanı, Amerikanı ona görə hədəf seçir ki, bu ölkələr Azərbaycanda insan haqlarının tapdanmasına etiraz edir.

Hacı Mövsüm Səmədovu karsa salmaqla hakimiyyət əsl mahiyyətini göstərdi. Məlum oldu ki, bu hakimiyyətə qarşı bütün ittihamlar əsaslıdır.

Şərləyərək həbs edəndən sonra da, bu adamdan əl çəkmirlər. Bu ölkənin din xadimləri hara baxır? Əgər doğurdan da Allaha ibadət edirsinizsə, bəndənin bu zülmünə niyə dözürsüz? Təəssüf ki, bəzi din xadimləri Allahı bu hakimiyyətə satıblar. Ona görə də hakimiyyət islam libasında, islam alimlərini məhv edir. Bu gün həbsdə olan Tale Bağırzadə, Hacı Abgül kimi ilahiyyatçılar məhz haqq söz söylədikləri üçün, bu hakimiyyətə yaltaqlanmadıqlarına görə cəzalandırılıblar.

Azərbaycan hakimiyyətinin imanı o qədər “güclü”dür ki, Hacı Mövsümü Ramazan aynıda karsda saxlayır. Allah onnu qapısını açsın. Zalımları isə ən ağır cəzaya düçar etsin.

Qeyd edək ki, AIP sədri Hacı Mövsüm Səmədov 2011-ci ilin yanvarında həbs edilib. O, saxta ittihamlarla hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. Hazırda Qobustanda qapalı tipli həbsxanada saxlanılır.