Azərbaycandakı repressiyalar CNN-də VİDEO

Məşhur jurnalist Amanpur Avropa Oyunları fonunda ölkədə insan haqlarının pozulması barədə reportaj verib

Dünyanın ən böyük xəbər kanallarından olan “CNN” Azərbaycandakı siyasi repressiyalarla bağlı reportaj verib. Reportajın müəllifi məşhur jurnalist Kristian Amanpurdur.
Reportajın əvvəlində Azərbaycanda keçirilən Avropa Oyunlarından danışılır. Jurnalist qeyd edir ki, Azərbaycan hakimiyyəti bu tip tədbirlər vasitəsilə dünyada müsbət imic qazanmağa çalışır. Lakin Azərbaycan son dövrlərdə müxaif düşüncəli insanlara qarşı hakimiyyətin apardığı repressiyalarla tanınır. Amanpur deyir ki, Azərbaycan hakimiyyəti xeyli sayda jurnalistin tədbir vaxtı ölkəyə gəlməsinin qarşısını alıb.
Reportajda Milli Şuranın mitinqlərindən fraqmentlər göstərilir. Daha sonra, hazırda həbsdə Xədicə İsmayılın “New York Times” qəzetində dərc olunan məqaləsindən statlar gətirilir.