Saxta vətənpərvərlərin səsi yenə batdı

Bundestaqın qətnaməsində Ermənistan işğalçı kimi göstərilsə də, hakimiyyət bu sənədi “top”a tutdu

Azərbaycan hakimiyyəti bütün dünya ilə pərdələri aradan götürür. Uzun müddət ABŞ-a qarşı aparılan kampaniya Almaniya ilə əvəzlənib. Demək olar, bütün telekanallar, rejim mətbuatı, hakimiyyətin əlaltıları Almaniyaya qarşı hücuma keçib. Bu ölkə haqqında olmazın ittihamlar səsləndirilir, ölkədə yoxsulluğun, qanunsuzluğun, korrupsiyanın hökm sürdüyü bildirilir. Təbii ki, azacıq dünyagörüşü olan istənilən şəxs bilir ki, Almaniya dünyanın əsas güc mərkəzlərindənb biridir. Milyonlarla insan yaşamaq üçün məhz Almaniyanı seçir. Minlərlə Azərbaycan vətəndaşı Almaniyada mühacir həyatı yaşayır və dövlətin imtiyazlarından istifadə edir.
Amma bu yazının məqsədi Almaniya haqqında geniş məlumat vermək deyil. Hamı bilir ki, bu ölkənin ÜDM-i trilyonlarla ölçülür. Amma gəlin elə təsəvvür edək ki, Azərbaycan telekanalları, hakimiyyət təmsilçiləri haqlıdır. Tutaq ki, Almaniyada qanunsuzluq hökm sürür, korrupsiya var və s.  Bütün bunlar Azərbaycan hakimiyyətinin anti-insani siyasətinə haqq qazandırırmı? Almaniyada insanların hüququ pozulursa, bu, 100-ə yaxın insanın şərlənərək həbs edilməsinə haqq qazandırır? Əslində, hakimiyyətin tənqidlərə qarşı cavabı cığal uşaq reaksiyasını xatırladır. Sanki hakimiyyət “Almaniyada da neqativ hallar olur” deməklə təsəlli tapır.
Bildiyiniz kimi, Almaniyaya qarşı YAP hakimiyyətinin “müharibə”si Bundestaqın məlum qətnaməsindən sonra start götürdü. “Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək” adlı qətnamədə Almaniya hökuməti Azərbaycanda insan haqlarının vəziyyətinin yaxşılaşdırılması, siyasi məhbusların azadlığa buraxılması üçün təcili addımlar atmağa çağırıb.
Məsələ burasındadır ki, qətnanmədə Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın işğalçı olduğu da vurğulanıb: “Azərbaycan çətin siyasi situasiyadadır. Ölkənin Dağlıq Qarabağ vəÿətraf rayonlardan didərgin düşmüş 586 min məcburi köçkünü var. Beləÿki, Azərbaycan torpaqlarının bir hissəsi 1993-cü ildən bəri Ermənistanın işğalı altındadır. Üstəlik, 250 min azərbaycanlı Ermənistandan qaçqın düşüb. Bu da ölkəÿüçün sosial, iqtisadi vəÿsiyasi baxımdan böyük yükdür. Azərbaycan hökuməti son illərdəÿonların vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra addımlar atıb”- deyə qətnamədə bildirilir.
Yəni qətnaməyə nəzər salanda Azərbaycana qarşı hər hansı qərəz nəinki hiss olunmur, hətta Azərbyacanın haqlı mövqeyi müdafiə edilir. Amma heç bir hökumət rəsmisi bu məqama diqqət yetirmir. Almaniya Avropa Ittifaqının lokomotivi hesab olunur və dünyada qəbul edilən bütün mühüm qərarlarda bu ölkənin imzası var. Belə bir nəhəng ölkənin Ermənistanı işğalçı kimi qəbul etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıması ciddi təbliğat şansıdır. Əslində bu, sevindirici haldır. Amma “vətənpərvər”lərin səsi yenə də batıb. Ən azı Milli Məclisdə təmsil olunan Qarabağlı deputatlar bu nüansı diqqət mərkəzinə gətirməliydi. Heç olmasa məlum qətnamənin bir hissəsini qərəzli adlandıra bilərdilər. Hakimiyyət və onun züy tutanları isə bu qətnaməni tamamilə qərəzli və uydurma adlandırır. Deməli, hakimiyyət Qarabağın Azərbaycana məxsusluğunu, Ermənistanın işğalçı olduğunu inkar edir.
Göründüyü kimi, hakimiyyət yenə də şəxsi maraqlarını dövlət maraqlarından üstün tutdu. Gecə-gündüz dünyadan Qarabağa ədalət tələb edənlər, belə bir ədalət ortaya çıxanda da düşmənçiliyə başlayırlar. Çünki, Azərbaycanın maraqlarını ifadə edən qətnamədə hakimiyyətə qarşı da tənqidlər var.  Hakimiyyət Qarabağı da, dövlətin maraqlarını da hikkəsinə qurban verdi. Amma bir xoş sözə görə Jirinovskiləri ləyaqət mücəssəməsinə çevirirlər.
Bu hakimiyyətin dövlət və xalqa anlayışı bu qədərdi. Bunlar Azərbaycan savaşı deyil, daha çox talan edəbilmək savaşı aparırlar.

Akif