U2 ən çox “Qremmi” alan qrupdu

Tanınmış rok-qrup musiqi ilə yanaşı insan haqları sahəsində də fəallığı ilə seçilir
 

İrlandiyanın dünyaca məşhur rok qrupu U2 Monrealdakı (Kanada) konsertində Azərbaycanın həbs edilmiş ictimai fəallarından 6-nin şəkilini səhnədə qaldırması Azərbaycanda hakimiyyəti və ona yaxın mətbuatı narahat edib. İqtidara yaxınlığı ilə seçilən nəşrlər və saytlar bu qrupun tanınmadığını iddia edir. 
Qrupun tanınmadığını iddia edənlərə qısa xatırlatma etmək istəyərdik. 
1976-cı ildə Dublində yaradılan U2 (Yu tu səslənir) rok-qrupu 1980-ci illərin ortalarından başlayaraq dünyada ən tanınan və uğurlu qruplardan biridir. Indiyə qədər qrupun albomlarının 180 mln kopyası satılıb. 2006-cı ildə aktivində 22 Qremmi mükafatı olan U2 bu göstəriciyə görə dünyada liderdi. Heç bir qrup bu sayda Qremmi mükafatına layiq görülməyib. 
2004-cü ildə qrup “Bütün dövrlərin 100 ən yaxşı artistləri” reytinqində 22 yer tutub. 2005-ci ildə isə qrup “Rok-n-rollun şərəf zalı”na daxil edilib. 
Qrup üzvləri insan haqları və sosial ədalət sahəsində siyasi fəallığı ilə seçilir. “Beynəlxalq amnistiya” təşkilatı ilə əməkdaşlıq edən qrup bir çox kampaniyalara qoşulub və dəstək verib. 
 
azadlıq.info