Tanınmış rusiyalı müğənni vəfat edib

Tanınmış rusiyalı müğənni Janna Friske 41 yaşında vəfat edib.
 
Bu barədə “TASS”a müğənninin atası Vladimir Friske bildirib.  
 
“Janna vəfat etdi, bu həqiqətdir. Bu iyunun 15-də axşam saat 10-da baş verdi”. Vida mərasiminin harada və nə zaman keçiriləcəyi barədə məlumat verilmir.
 
Qeyd edək ki, müğənni 2013-cü ildən beyin xərcəngi ilə mübarizə aparırdı. 
 
Bundan əvvəl Janna Friske əri Dmitri Şepelyov ilə  onkoloji xəstələrə yardım fondu yaratmaq niyyətində olduqları barədə məlumat yayılmışdı.
 
Janna Friske 1996-cı ildən “Blestyaşiye” qrupunda çıxış etməyə başladıqdan sonra məşhurlaşıb. 2003-cü ildən o uğurlu solo karyerasına başlayıb.
 
Həmçinin bir neçə filmdə çəkilmiş müğənninin 2013-cü ildə Platon adında oğlu dünyaya gəlib.