“Bakı-2015”: Stadnik qızıl medal qazandı

Qadın güləşçilərin 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Mariya Stadnik 1/8 final mərhələsində Portuqaliya güləşçisi Lilian Santosu 12:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə vəsiqə qazanıb. Güləşçimiz 1/4 finalda fransalı Julie Sabatieni 11:0 hesabı ilə qalib gəlib. Təmsliçimiz yarımfinalda İvona Matkovska (Polşa) ilə gücünü yoxlayıb. Stadnik bu döyüşdən də qalib ayrılıb – 8:2. Güləşçimiz finalda bolqarıstanlı Elitsa Yankova ilə qarşılaşıb. Güləşçimiz vaxtından əvvəl 12:1 hesabı ilə təmiz qələbə qazanıb və qızıl medalın sahibi olub.