Bir sahibkarın başına gələnlər…

Abşeron rayon Icra Hakimiyyəti sahibkarlara işləməyə imkan vermir

“Ticarət fəaliyyətinə başladığım gündən bəri dəfələrlə icra hakimiyyətinin dəstəsi obyektimə gəlib, mənə hədə-qorxu gəlib, təzyiq göstərib, ticarət fəaliyyətini dayandırmağımı tələb edib”. “Azadlıq” radiosunun “Qaynar xətt”inə Bakı sakini Aldırım Əliyev şikayət edib. Onun sözlərinə görə, Əhmədli qəsəbəsində iki evini sataraq Fatmayı kəndinə köçüb. 5 sot torpaq alıb, tikintiyə başlayıb. 2012-ci ilin may ayında ev tikmək üçün Abşeron RIH-dən sərəncam alıb.

“Iki obyektin başı” bir qazanda qaynamaz?..

“Birinci mərtəbəsi ticarət obyekti olmaqla ikimərtəbəli obyekt tikdim. Obyektin yuxarısı yaşayış evidir, aşağısı market. Obyekt istifadəyə verilən gündən icra hakimiyyəti tərəfindən təzyiqlər səngimir. Məni hər gün polis bölməsinə çağırırlar, məhkəməyə verirlər. Buna səbəb bizim işlətdiyimiz marketlə üzbəüz icra hakimiyyətində yüksək vəzifədə işləyən bir xanımın ”24 saat supermarket"inin olmasıdır.
Şikayətçinin sözlərinə görə, Abşeron Rayon Icra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sahibkarlıq fəaliyyətinə müdaxilələr edilir, məhdudiyyətlər, qadağalar qoyulur. O da obyektdən istifadə edə bilmir.
“Mənə dəfələrlə xəbər yollayıblar ki, marketdən başqa nə işlə məşğul olursansa ol. Çünki mənim obyektimin yaxınlığında Icra hakimiyyətinin yüksək vəzifəlisinin iri marketi var. Nə qanun sayırlar, nə də vətəndaşların hüququnu tanıyırlar. Məni şantaj edirlər ki, istəsək obyektindən top-tapança da çıxara bilərik. Mənə o qədər təzyiq olunur ki, daha yaşamaqdan da bezmişəm”.

“Abadlıq işləri apardığım sahənin altını üstünə çevirdilər”

Şikayətçinin sözlərinə görə, bu il mayın 18-də icra hakimiyyətinin əməkdaşları heç bir səbəb olmadan buldozer və traktorları obyektimin qarşısına yeridərək qazıntı işləri aparmağa başlayıblar.
“Abadlıq işləri apardığım yerin altını-üstünə çevirdilər. Bir neçə gün əvvəl də gəliblər ki, buranı sökəcəyik, evin qabağınada obyekt tikəcəyik. Elə bil cinayətkarıq. Abadlaşdırma adı ilə yol örtüyünü söküb həmin sahəni yararsız hala salıblar. Halbuki mən obyektin dörd bir yanını təmir etdirmişdim, qarşısında gül-çiçək əkdirmişdim.Iki dəfə heç bir sənəd göstərmədən marketi möhürləyiblər. Gəlib bağlayırlar, məcburi açıram. Qərəzli olaraq obyektə verilən elektrikin kəsiləcəyi ilə hədələyirdilər. Mayın 25-dən işığı yerli-dibli kəsiblər, generatordan istifadə edirik. Halbuki icra hakimiyyətinin belə tədbirlər görməyə heç bir səlahiyyəti yoxdur. Belə tədbirləri ancaq məhkəmə qərarı əsasında icra məmurları görə bilərlər”.ÿ
Aldırım Əliyevÿ hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmədiyinə, marketin məcburi qaydada bağlatdırıldığına görə orada olan malların əksəriyyətinin xarab olduğunu, böyük məbləğdə maddi zərərə uğradığını deyir:ÿ

Kreditləri necə ödəyim?

“Bu obyektin tikilməsi, ərsəyə gətirilməsi, lazımi avadanlıqların, ərzaqların və təsərrüfat mallarının alınması üçün böyük məbləğdə pul xərcləmişəm. ”Nikoil" bankından bu ilin yanvar ayında 63.900 dollar məbləğində kredit götürmüşəm. Kredit borclarımı məhz sahibkarlıq fəaliyyətimdən əldə etdiyim gəlirlər hesabına ödəyirdim. Çünki yeganə qazanc yerim buradır, başqa heç yerdən gəlirim yoxdur. Amma hazırkı vəziyyətdə mən kredit borclarımı da ödəyə bilmirəm. Iradə Gülməmmədovanın təzyiqləri nəticəsində bir sahibkar kimi müflisləşmə ərəfəsindəyəm. Ailəmdə iki əlil adam var. Onların dərmanlarını almağa maddi imkanım çatmır. Ailəmin yanında xəcalətli qalmışam. Aya iki min manat kredit ödəməliyəm. VÖEN-im var, kassam var. Axı mən nə günah işlətmişəm? Nə var ki, icra hakimiyyəti başçısının müavininin obyekti var deyə mən market işlədə bilmərəm? Mənə deyir ki, profili dəyiş, tikinti materialları satışı ilə məşğul ol, ərzaq satışı olmasın. Mənim də buna imkanım yoxdur. Bu qədər borcun içindəyəm. Bu avadanlığı kimə qaytarım? Mağazada 40-50 min manatlıq ərzaq var. Mən də bu ölkənin vətəndaşıyam, başqa yerdən gəlməmişəm ki… Bankdan kredit götürmüşəm. Bağlayım, necə ödəyim kreditləri? Həmin mülkü banka girov qoymuşam. Pulu ödəyə bilməsəm, bank evimi alacaq əlimdən. Onsuz da hərtərəfli itirirəm. Çıxılmaz vəziyyətdə qalmışam".

Məhkəmə olub…

Hüquqşünas Namizəd Səfərov deyir, Konstutisiyanın 73-cü maddəsində göstərilir ki, sahibkarın işinə müdaxilə etmək olmaz.
“Belə olan halda sahibkar məhkəməyə müraciət edə, dəymiş zərərin ödənilməsini tələb edə bilər. Məmurun sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına görə də ayrıca məhkəməyə müracəit edə bilər”.
Ancaq deyəsən Icra Hakimiyyəti vətəndaşdan cəld tərpənib və onu məhkəməyə verib.ÿAbşeron Rayon Icra Hakimiyyətindən bildiriblər ki, Aldırım Əliyevin Fatmayı kəndində yerləşən ikimərtəbəli fərdi yaşayış evindən qeyri-yaşayış obyekti kimi istifadə olunması ilə bağlı məhkəməyə müraciət ediblər.ÿAbşeron Rayon Məhkəməsinin 8 may, 2015-ci il tarixli qərarına əsasən iddia ərizəsi təmin olunub və qərardad icra olunması üçün Abşeron Rayon Icra Şöbəsinə göndərilib.
Aldırım Əliyev Abşeron Rayon Məhkəməsinin qərarını əsassız hesab edir. O,ÿAbşeron Rayon Icra Şöbəsinin 12 may, 2015-ci il tarixli “icraata başlamaq haqqında” qərarının ləğvinə dair Sumqayıt Iqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib:
“Əgər mənim işim məhkəmədədirsə, niyə başqa orqanlar buna müdaxilə edirlər? Məhkəmə icra orqanını çağırıb tənbeh edə bilər. Polislə, prokurorluqla niyə hədələyirlər? Qarşı tərəfin mənim üstümə hücum çəkməyə ixtiyarı yoxdur. Məni qorxudurlar ki, obyektindən silah çıxa bilər, qohumların əziyyət çəkər. Inanıram, silah da taparlar. Daha bıçaq sümüyə dirənib. Oğlum da deyir ki, qoy tapsınlar, gedib yataram, dincələrlər. Kəndin içərisində balaca bir obyektə bu qədər müdaxilə olarmı?”.ÿ