“Bakı-2015”: güləşçimiz bürünc medal qazandı

66 kq çəkidə dünya və Avropa çempionumuz Həsən Əliyev ilk görüşündə gürcüstanlı Saçino Davitayanı 4:2 hesabı ilə məğlub edib. Pəhləvanımız 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçə 5:0, 1/4 finalda isə  Mixail Simyonova (Belarus) 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyana uduzub – 5:8. İdmançımız bürünc medal uğrunda serbiyalı Aleksandr Maksimoviçlə güləşib. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Həsən Əliyev yığmamıza 11-ci medalı qazandırıb.