Daha bir karateçimiz qızıl medal aldı

Azərbaycan karateçiləri birinci Avropa Oyunlarında üçüncü qızıl medalı qazanıblar. Qadınlar arasında kumite yarışlarında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı İrina Zaretska finalda avstriyalı atlet Alisiya Tereza Buçingeri 8:1 hesabı ilə məğlub edərək birinci yeri tutub.
Yarışda üçüncü yerə isə Monteneqro atleti Marina Rakoviç çıxıb.