
Yarışda 58 idmançı mübarizə aparıb. Ölkəmizi yarışda Rostislav Pevtsov və Aleksandr Yatçenko təmsil ediblər.
İdmançılarımızdan Rostislav Pevtsov bürünc medalın sahibi olub. Böyük Britaniya idmançısı Qordon Benson qızıl medalı qazanıb. Portuqaliyalı Joao Silva isə gümüş medala yiyələnib.
Bu, Azərbaycan yığmasının Avropa Oyunlarında qazandığı 8-ci medal olub. (qol.az)