“Bakı-2015”: Voleybolçularımız qələbə ilə başladı

Bu gün Bakı 2015 I Avropa Oyunlarında voleybol yarışlarının da startı verilib. “Crystall Hall”da keçirilən görüşdə “A” qrupunda mübarizə aparan qadınlardna ibarət Azərbaycan yığması Rumıniya komandası ilə qarşılaşıb.
Yığmamızın üstünlüyü ilə keçən görüş 3:1 hesabı ilə (25:20, 25:18, 27:29, 25:15) başa çatıb.
Voleybolçularımız növbəti görüşünü iyunun 15-də Polşa komandasına qarşı keçirəcək.