“Bakı-2015”: Çunayev qızıl, Hüseynov gümüş medal qazandı

71 kq çəki dərəcəsində güləşçimiz Rəsul Çunayev də yarışa 1/8 finaldan start verib. O, moldovalı Daniel Kataraqa qalib gələrək 1/4 finala yüksəlib. Güləşçimizin mövbəti mərhələdə rəqibi Xorvatiya güləşçisi Dominik Etlinger olub.  Təmsilçimiz qələbə seriyasını davam etdirərək, rəqibini 4:0 hesabı ilə məğlub edib. R.Çunayev yarımfinalda Svilen Kostadinovlana (Bolqarıstan) 10:0 hesabı ilə qalib gəlib.  R.Çunayev finalda macarıstanlı Balint Korpasiyə 3:1 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

80 kq çəki dərəcəsində 1/8 finalda  Mixael Vaqnerə (Avstriya) 11:0 hesabı ilə qalib gələn Rafiq Hüseynov növbəti mərhələdə Daniel Aleksandrova (Bolqarıstan) qarşılaşıb. O,  10:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.  İdmançımız bu mərhələdə Türkiyə idmançısı Səlçuk Cebiyə 9:0 hesabı ilə qalib gələrək finala çıxıb. R.Hüseynov finalda rusiyalı Yevgeni Salayevə uduzub və gümüş medalla kifayətlənib.